Gündəm
Kral ailəsinin üzvlərinə su içmək qadağan edildi
Dietoloqlar Böyük Britaniya kral ailəsi üçün qadağan olunan qida məhsullarının siyahısını tərtib edib. Məlumata görə, bu addım onların xarici səfərlər zamanı zəhərlənməsinin qarşısını almaq üçün atılıb.
Çili sahilləri 5,6 bal gücündə silkələndi
Çili sahillərində güclü zəlzələ baş verib. Məlumata görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5,6 bal gücündə olduğu barədə bildirib. Məlumata görə, zəlzələ səhər saatlarında 34,9 kilometr dərinlikdə qeyd alınb. Zəlzələnin episentri İkike şəhərindən 51 kilometr məsafədə olub. Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.
Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi - VİDEO
Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Elxan Şahinoğlu: “Rusiya Xəzərdə hərbi potensialını artırır"
“Rusiya Xəzəri sülh hövzəsi elan etsə də, Xəzərdə hərbi potensialını artırır. Hərbi donanmanın Azərbaycan sərhəddində yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Tolstoyun nəticəsi Azərbaycan Tarixi Muzeyində
İsveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil və L.Tolstoyun nəticəsi Daniel Tolstoy AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Yeni layihə - Muğam Mərkəzində
Aprelin 18-dən etibarən Beynəlxalq Muğam Mərkəzi “Dastan gecələri” adlı yeni layihəni reallaşdıracaq.
Ağsuda sahibkarlar üçün treninq keçirilib
Aprelin 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağsuda sahibkarlar üçün treninq keçirilib. “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “Maliyyənin idarə edilməsi” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Karyeramın ən yaxşı qolu idi- VİDEO
Yuventus - Real Madrid qarşılaşması bitsədə Cristiano Ronaldonun vurduğu möhtəşəm qol hələ də gündəmdən düşmür.
Nə üçün Almaniya yox Türkiyəni seçtin...
İngiltərə Premyer Liqasında Everton forması ilə çıxış edən, Türkiyə milli komandasının futbolçusu, Cenk Tosun klubu Evertona müsahibə verib.
"Namizədlər arasında sağlam rəqabət mühiti var"
Babiş: "Seçkilər Azərbaycanın regiondakı mövqeyini daha da artıracaq"
Aprelin 11-də Azərbaycanda keçiriləcək seçkilər ölkənin regionda mövqelərini daha da möhkəmləndirməklə yanaşı, Türkiyə ilə münasibətlərdə sabitliyin davamlılığı baxımından böyük əhəmiyyət kəsb edir.
Politoloq: "Azərbaycan regionundakı həqiqətləri 120 ölkəyə çatdırmaq imkanı əldə etdi"
“Qoşulmama Hərəkatı hər hansı bir bloka, yaxud hərbi siyasi qruplaşmaya daxil olmayan ölkələrin birliyidir”. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
MDB Müşahidə Missiyası: Azərbaycanda seçki prosesi açıq rəqabət mühitində həyata keçir
MDB müşahidə missiyası Azərbaycanda 11 aprel prezident seçkilərinə hazırlıqla bağlı apardıqları müşahidələrin nəticələrinə dair aralıq hesabat yayıb. Hesabatda bildirilir ki, Azərbaycanda seçki prosesi qanunvericiliyə uyğun, sakit atmosferdə, açıq rəqabət mühitində həyata keçir. Missiyanın bu qiymətləndirməsi monitorinqin nəticələrinə dair yekun sənəddə də əksini tapacaq.
Agentlikdən 6 manatlıq “nehrə yağı” haqda açıqlama
“Fürsət bu fürsətdir” deyib işə qoşulan işbazlar quru süd, marqarin, palma yağından hazırlanmış “nehrə yağı”nı əhaliyə sırımaqda davam edir. Əlbəttə, 6-7 manata təklif edilən “nehrə yağı” 17-18 manatlıq kərə yağının yanında çox cəzbedici görünür. Onsuz da cibindəkilər keyfiyyətsiz məhsula çatan kasıb ya aldandığının fərqində deyil, ya da bunun fərqində olmaq ona sərfəli deyil...
İş adamının oğluna 6 il həbs tələbi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.








_45.jpg)





