Gündəm
Fazil Məmmədov infarkt keçirdib?
Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub. Sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Fazil Məmmədovun vəziyyəti barədə heç bir məlumat verilmir.
Estoniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Estoniyanın Tallinn şəhərinin Vormsi mədəniyyət mərkəzində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) və Estoniya Respublikasının yaranmasının 100 illiyi qeyd edilib.
Bakıda Sağlamlıq Festivalı keçiriləcək
Aprelin 6-da Bakıda Sağlamlıq Festovalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, festiva Dənizkənarı Milli parkda baş tutacaq.
Xızının su təchizatı yaxşılaşdırılır
Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azərsu” ASC-dən “OLAYLAR”-a bildirilib ki, layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Azərbaycanın iqtisadi və sosial inkişafına təkan verən regional proqramlar
İstənilən ölkənin inkişafında regionların da xüsusi payı var. Bu mənada paytaxtla yanaşı regionların da inkişaf etdirilməsi başlıca şərtdir. Əgər regionlarda inkişaf olmasa, ümumilikdə ölkəni inkişaf etdirmək asan olmaz. Bu mənada Azərbaycanda həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi əhəmiyyəti var. 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının 14 ili ərzində Azərbaycanın siması əsaslı dərəcədə dəyişib, ölkədə hər addım başı geniş quruculuq-abadlıq işləri həyata keçirilib, infrastuktur yaradılıb.
Rusiya “öldürdüyü” terrorçunun gizləndiyi yeri açıqladı
İŞİD lideri Əbubəkr Bağdadi İraqda gizlənir. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov deyib. “Bağdadi Suriyada gizlənmir. Böyük ehtimalla, o, İraqdadır. Dəqiq yeri haqqında hələlik məlumat yoxdur. Onun “ovuyla” çox ölkənin xüsusi xidmət orqanı məşğul olur”, – deyə o bildirib.
Türkiyə universitetində dəhşət – 4 ölü, yaralılar da var
Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin Təhsil fakültəsinə silahlı hücum edilib. Bu barədə Türkiyə mətbuatı yazıb. Hücum zamanı ilkin məlumatlara əsasən, 4 tədris işçisi öldürülüb. Yaralıların olduğu bildirilir.
Yevlaxda qız üstündə gənc oğlanın başına oyun açdılar - TƏFƏRRÜAT
Yevlax rayonunda qız üstundə 1995-ci il təvəllüdlü rayonun Qaroğlan kənd sakini Xəyal Fariz oğlu Məmmədov bıçaqlanıb.
I sinfə qəbul üçün 40 minə yaxın uşaq qeydiyyatdan keçdi - Yaşı 8-dən çox olanlar da var
Aprelin 5-nə (saat 15:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 39 238 sorğu yerləşdirilib.
Myanma naziri: "Myanmada müsəlmanlar harmoniya şəklində yaşayırlar"
"Myanma çoxdinli bir ölkədir. Myanmada bir çox xalqlar, o cümlədən müsəlmanlar harmoniya şəklində yaşayırlar". Məlumata görə, bunu bu gün Myanmanın beynəlxalq əməkdaşlıq üzrə birlik naziri Kyav Tin Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.
Monçi: "Messinin qarşısını ala bildik"
"Roma"nın idman direktoru Ramon Monçi Çempionlar Liqasının 1/4 finalında "Barcelona"ya məğlubiyyətdən (1:4) sonra fikirlərini bölüşüb. İspaniyalı funksioner bunları deyib: "Nəticə meydanda baş verənləri əks etdirmir, bizim üçün çox sərt oldu.
Azərbaycanın haqq səsini dünyaya gənclərimiz çatdıracaq
Aprelin 5 – də Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Milli Birliyi və Dünya Azərbaycanlıları Assambleyasının birgə mətbuat konfransı keçirildi. Olaylar.az bildirir ki, konfransda hər iki təşkilatın rəhbərliyi tərəfindən birləşmə qurultayı məsələsi, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi istimaqətində görüləcək işlər barədə geniş müzakirələr aparıldı.














