Layçak: "Minsk qrupunun problemi həll etməyi bacarıb-bacarmadığı barədə nəsə deyə bilmərəm"
5 Aprel 2018 17:18 Dünya"Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır. Bundan çox yaxşı xəbərdaram".
Bunu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak ADA Universitetində keçirilən "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbirdə deyib. O xatırladıb ki, problemin həlli ilə Minsk qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm". M. Layçak qeyd edib ki, BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31