Monçi: "Messinin qarşısını ala bildik"

"Roma"nın idman direktoru Ramon Monçi Çempionlar Liqasının 1/4 finalında "Barcelona"ya məğlubiyyətdən (1:4) sonra fikirlərini bölüşüb. İspaniyalı funksioner bunları deyib: "Nəticə meydanda baş verənləri əks etdirmir, bizim üçün çox sərt oldu.

"Roma"nın idman direktoru Ramon Monçi Çempionlar Liqasının 1/4 finalında "Barcelona"ya məğlubiyyətdən (1:4) sonra fikirlərini bölüşüb. İspaniyalı funksioner bunları deyib: "Nəticə meydanda baş verənləri əks etdirmir, bizim üçün çox sərt oldu. Oyundan öncə Messinin qarşısını almağın vacibliyindən danışırdıq ki, buna da nail olduq. Rəqibin qapısı önündə şanslı və soyuqqanlı deyildik. Hakim də bir neçə səhvə yol verdi. "Barcelona"nın qapısına 2 penalti təyin edilməli idi. Bu, oyunun gedişini dəyişdirə bilərdi. Bu oyunun müsbət tərəflərinə diqqəti yönəltmək və cavab oyununda onları nəzərdə saxlamaq lazımdır".

"Roma" - "Barcelona" görüşü aprelin 10-u "Olimpico" stadionunda keçiriləcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31