Azərbaycanın iqtisadi və sosial inkişafına təkan verən regional proqramlar

İstənilən ölkənin inkişafında regionların da xüsusi payı var. Bu mənada paytaxtla yanaşı regionların da inkişaf etdirilməsi başlıca şərtdir. Əgər regionlarda inkişaf olmasa, ümumilikdə ölkəni inkişaf etdirmək asan olmaz. Bu mənada Azərbaycanda həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi əhəmiyyəti var. 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının 14 ili ərzində Azərbaycanın siması əsaslı dərəcədə dəyişib, ölkədə hər addım başı geniş quruculuq-abadlıq işləri həyata keçirilib, infrastuktur yaradılıb.

İstənilən ölkənin inkişafında regionların da xüsusi payı var. Bu mənada paytaxtla yanaşı regionların da inkişaf etdirilməsi başlıca şərtdir. Əgər regionlarda inkişaf olmasa, ümumilikdə ölkəni inkişaf etdirmək asan olmaz. Bu mənada Azərbaycanda həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi əhəmiyyəti var. 2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının 14 ili ərzində Azərbaycanın siması əsaslı dərəcədə dəyişib, ölkədə hər addım başı geniş quruculuq-abadlıq işləri həyata keçirilib, infrastuktur yaradılıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin adı ilə bağlıdır. Məhz İlham Əliyevin 2003-cü ildə ölkənin bir nömrəli postuna seçilməsindən sonra əsas və ilk diqqət yetirdiyi məsələ Azərbaycanın regionlarının inkişafı oldu. İlham Əliyev prezidentlik müddətinin bir ili tamam olmadan tarixi qərar verib 2004-2008-ci illərdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiqlədi. 

Beləliklə. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə diqqət mərkəzində olan başlıca məsələlərdən biri regionların sosial-iqtisadi inkişafı oldu. Bu sahədə ötən illərdə görülən işlər və əldə edilən nəticələri müsbət qiymətləndirmək olar. Belə ki, ölkəmizin inkişaf dinamikasında regionların özünəməxsus yeri var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində həyata keçirilən tədbirlər bu sahədə mühüm uğurların əldə edilməsini şərtləndirib. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və son 14 il əldə edilən nailiyyətlər bunu təsdiqləyir.Ümumiyyətlə, Azərbaycanda 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin sürətli inkişafını təmin etməklə yanaşı, infrastrukturun yenilənməsində də əsaslı rol oynayır. Son 14 ildə respublikamızın inkişafında regionlarda aparılan yenidənqurma, quruculuq-abadlıq işləri, yeni məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin qurulması, yenilənməsi mühüm əhəmiyyət daşıyır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını təmin edib. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məlumdur ki, ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və onlardan ikisi artıq uğurla həyata keçirilib. Hər 2 dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində yerlərdə istehsal və emal potensialı gücləndirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir və sonuncu mərhələsindəyik. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda, qeyd etdiyim kimi, yeni Dövlət Proqramı böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Son illərdə həm regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları, həm də yeni nəsil iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkəmizin bölgələrində ixracyönümlü məhsul istehsalına maraq əhəmiyyətli dərəcədə artıb. Hərtərəfli dövlət dəstəyindən, o cümlədən güzəştli kreditlərdən, subsidiyalardan, ixracın təşviqi mexanizmindən, daxili istehsalın dəstəklənməsindən bəhrələnən fermerlər onlara məxsus torpaq sahələrindən daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və xarici bazarlara daha böyük həcmlərdə rəqabətqabiliyyətli məhsul çıxartmağa çalışırlar. Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilərkən ölkənin reallıqları əsas götürülüb. Bir tərəfdən respublikamızın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada yüksək rəqabət qabiliyyətinə malik məhsul yetişdirmək üçün hər cür imkan vardır. Digər tərəfdən, geniş ixrac bazarları ilə əhatə olunması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəz məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Respublikamızın qarşıya qoyduğu məqsəd isə həm ənənəvi satış bazarlarında mövqelərini daha da möhkəmləndirməkdən, həm də yeni bazarlara çıxmaqdan ibarətdir. Son vaxtlar Azərbaycandan uzaq xarici ölkələrə göndərilən ixrac missiyaları həmin ölkələrin bazarlarını araşdırır, eyni zamanda meyvə-tərəvəz, emal sənayesi məhsullarımızı tanıdırlar. Bütövlükdə, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə vacib tədbirlər həyata keçirilir. Bütün bunlar gələcəkdə ixrac imkanlarını daha da genişləndirəcək.

İlk növbədə,  əldə olunan nailiyətlərin təməlində xalqın öz Prezidentinə, etibar etdiyi, etimad göstərdiyi hakimiyyətinə sevgisi, inamı dayanır.

Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir.

Ümumiyyətlə, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Qeyd etdiyimiz kimi,  rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə  ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb. Son 15 ildə ÜDM 3,2 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi isə 7205 manat təşkil edir. Bu olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.

Bundan başqa, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.

Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Bu gün əminliklə deyə bilərik ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilərək Azərbaycana öz töhfələrini verir. Qarşıdakı illərdə də anoloji Dövlət Proqramlarının qəbul edilib uğurla icra olunacağına olan ümidlər inkişaf dinamikamızın artacağına əminlik yaradır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31