Rusiya “öldürdüyü” terrorçunun gizləndiyi yeri açıqladı

İŞİD lideri Əbubəkr Bağdadi İraqda gizlənir. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov deyib. “Bağdadi Suriyada gizlənmir. Böyük ehtimalla, o, İraqdadır. Dəqiq yeri haqqında hələlik məlumat yoxdur. Onun “ovuyla” çox ölkənin xüsusi xidmət orqanı məşğul olur”, – deyə o bildirib.

İŞİD lideri Əbubəkr Bağdadi İraqda gizlənir. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov deyib. "Bağdadi Suriyada gizlənmir. Böyük ehtimalla, o, İraqdadır. Dəqiq yeri haqqında hələlik məlumat yoxdur. Onun "ovuyla" çox ölkənin xüsusi xidmət orqanı məşğul olur", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə rəsmi şəkildə Bağdadini öldürdüyü haqqında informasiya yaysa da, sonradan bu məlumatı təkzib etmək məcburiyyətində qalmışdı. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31