Gündəm

"Yuventus" yunan müdafiəçi ilə maraqlanır

5 Aprel 2018 18:19

"Yuventus" müdafiə xəttini gücləndirmək istəyir. "Qoca senyora" Dortmund "Borussiya"sının müdafiıəçisi Sokratis Papastatopulosla maraqlanır. Yunanıstan millisinin üzvü "Arsenal" və "Mançester Yunayted"in də maraq dairəsindədir.

"Rusiya gözəli"nin yeni tacının qiyməti açıqlandı - 1 milyon dollar

5 Aprel 2018 18:19

"Rusiya gözəli-2018" qalibinə təqdim olunacaq yeni dizayn olunmuş tacın qiyməti açıqlanıb. Məlumata görə, tacın 1 milyon dollar dəyərində olduğu bildirilib. Tacın yeni dizaynı və qiyməti barədə məlumat verən məsul şəxs Larisa Tixonova deyib ki, tacın bəzədilməsi üçün Rusiya bayrağının rənglərində qiymətli daşlardan istifadə olunub.

Məktəblərdə yeni fənn tədris olunacaq?

5 Aprel 2018 18:06

Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib. Nazirlikdən  bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb: "Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir.

Bir qrup zəvvar Ümrə ziyarətinə gedəcək

5 Aprel 2018 18:03

Bu ayın sonu üçün Azərbaycandan növbəti bir qrup zəvvarın kiçik Həcc ziyarətinə (Ümrə) səfəri planlaşdırılır. Məlumata görə, bu ay üçün nəzərdə tutulan qrupda 25-35 nəfər olacaq.

“Bu vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradıb”

5 Aprel 2018 18:01

“Dövlət Təhlükəsizlik İdarəsinin sabiq polkovniki Sergey Skripal ətrafında yaradılan vəziyyət beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradıb”.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə iştirak etdiyi birgə mətbuat konfransında bildirib.

Aşıq Şəmşirin oğlu prezidentə müraciət etdi

5 Aprel 2018 17:55

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Aşıq Şəmşirin oğlu Qənbər Qurbanov Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. “OLAYLAR” xəbər verir ki, müraciətdə Qənbər Qurbanov qeyd edir ki, milli-mənəvi dəyərlərimiz, o cümlədən də ozan-aşıq mədəniyyətimiz Ulu Öndərimiz Heydər Əliyevin daima diqqəti və qayğısı altında olub: “Siz bu yolun ən layiqli davamçısı kimi humanitar mədəniyyət strategiyasını böyük həssaslıqla diqqətdə saxlayırsınız.

“Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçirilib

5 Aprel 2018 17:54

Aprelin 5-də “Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçirilib. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, layihənin məqsədi kompüter oyunları vasitəsilə gənclərin Azərbaycan tarix və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompyuter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsidir.

"Qalatasaray" Emre Moru transfer edir?

5 Aprel 2018 17:48

Türkiyənin "Qalatasaray" klubu İspaniya "Selta"sının futbolçusu Emre Moru transfer etmək istəyir.  "Fanatik" nəşri "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terimin psixoloji problemləri üzündən heyətdən kənarlaşdırılan və hazırda müalicə alan 20 yaşlı cinah yarımmüdafiəçisinin xidmətində maraqlı olduğunu yazıb.

Dembele "Tottenhem"lə danışıqlar aparır

5 Aprel 2018 17:46

"Tottenhem"in Musa Dembele ilə yeni müqavilə ətrafında apardığı danışıqlar nəticəsizdir. Belçikalı havbek klubla ortaq məxrəcə gələ bilmir. Fikir ayrılığı müqavilənin müddəti və maliyyə şərtlərindədir.

“Sarmaşıqlı məzarlar” filmi təqdim edildi

5 Aprel 2018 17:44

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində daha bir sənədli filmin təqdimatı olub. Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç, Bakı Yunus Emre İnstitutunun müdiri Cihan Özdemir, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zafer Ocak, Türkiyənin Azərbaycandakı səfirliyinin, Müdafiə Nazirliyinin əməkdaşları, Fondun Gənclər Klublarının üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Karyerasını bitirən məşqçi yenidən iş başında

5 Aprel 2018 17:44

Ötən aylarda karyerasını başa vurduğunu açıqlayan türkiyəli mütəxəssis Yılmaz Vural yenidən iş başına dönür. 33 illik karyerasında 28 komanda çalışdıran baş məşqçi bu dəfə "Eskişehirspor"la anlaşıb. I Liqada çıxış edən klubun prezidenti Erdal Şahbazla görüşən 65 yaşlı mütəxəssis 5 oyunluq razılıq əldə edib.

Şəmkirdə 6-cı sinif şagirdi məktəbin həyətində ölüb

5 Aprel 2018 17:43

Şəmkirdə məktəbli məktəbin həyətində ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Çənlibel kəndində baş verib. Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.

İlham Əliyev yüksək insanlıq və liderlik qabiliyyətinə malikdir

5 Aprel 2018 17:42

Bu müsahibə iki ziyalımızın – tanınmış jurnalist, şair-publisist Telli Pənahqızı ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayevin ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri öncəsi düşüncələridir.

Amerikada zombi yenotlar peyda olub

5 Aprel 2018 17:36

ABŞ-ın Oqayo şatının Yanqstaun şəhər polisi sakinlərdən evlərinin ətrafında fərqli davranışlı yenotların peyda olması ilə bağlı çoxsaylı şikayətlər daxil olduğunu bildirib.

AMEA-dan 10 min və 5 min mükafat alan alimlərin ADLARI açıqlandı

5 Aprel 2018 17:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına və "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülmüş alimlərin adları məlum olub.