Bir qrup zəvvar Ümrə ziyarətinə gedəcək

Bu ayın sonu üçün Azərbaycandan növbəti bir qrup zəvvarın kiçik Həcc ziyarətinə (Ümrə) səfəri planlaşdırılır. Məlumata görə, bu ay üçün nəzərdə tutulan qrupda 25-35 nəfər olacaq.

Bu ayın sonu üçün Azərbaycandan növbəti bir qrup zəvvarın kiçik Həcc ziyarətinə (Ümrə) səfəri planlaşdırılır. Məlumata görə, bu ay üçün nəzərdə tutulan qrupda 25-35 nəfər olacaq.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni qiymətlər 500 dollardan da çox ucuzlaşıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31