Aşıq Şəmşirin oğlu prezidentə müraciət etdi
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Aşıq Şəmşirin oğlu Qənbər Qurbanov Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. “OLAYLAR” xəbər verir ki, müraciətdə Qənbər Qurbanov qeyd edir ki, milli-mənəvi dəyərlərimiz, o cümlədən də ozan-aşıq mədəniyyətimiz Ulu Öndərimiz Heydər Əliyevin daima diqqəti və qayğısı altında olub: “Siz bu yolun ən layiqli davamçısı kimi humanitar mədəniyyət strategiyasını böyük həssaslıqla diqqətdə saxlayırsınız.
5 Aprel 2018 17:55 Sosial"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Aşıq Şəmşirin oğlu Qənbər Qurbanov Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. "OLAYLAR" xəbər verir ki, müraciətdə Qənbər Qurbanov qeyd edir ki, milli-mənəvi dəyərlərimiz, o cümlədən də ozan-aşıq mədəniyyətimiz Ulu Öndərimiz Heydər Əliyevin daima diqqəti və qayğısı altında olub: "Siz bu yolun ən layiqli davamçısı kimi humanitar mədəniyyət strategiyasını böyük həssaslıqla diqqətdə saxlayırsınız. Buna örnək olaraq, 2018-ci il 02 aprel tarixində "Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunması" haqqında imzaladığınız sərəncam Azərbaycan mədəniyyətinə, YUNESKO-nun qeyri-maddi irsi kimi qorunan aşıq sənətimizə qayğının bariz nümunəsidir. 15 il öncə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla Aşıq Şəmşirin 110 illiyinin keçirilməsi, bu gün isə ölkəmiz üçün olduqca əhəmiyyətli proseslərin baş verdiyi zamanda Sizin bu sərəncamı imzalamağınız öz siyasi xəttinizə nə qədər sədaqətli olduğunuzun göstəricisidir". Qənbər Qurbanov bildirir ki. bu sərəncam Aşıq Şəmşir yaradıcılığını sevənlər, aşıq sənətinin vurğunu olan insanlar, Aşıq Şəmşir irsinin davamçıları, aşığın ailəsi və doğmaları üçün əsl bayram oldu: " Belə bir sevinci bizlərə bəxş etdiyinizə görə Zati-alilərinizə aşığın ailəsi, doğmaları, sənətsevər insanlar və bütün Kəlbəcər ictimaiyyəti adından sonsuz təşəkkürlərimi və dərin minnətdarlığımı bildirirəm. Ulu tanrı Sizi və Sizin simanızda Azərbaycan dövlətini qorusun.
11 aprel tarixində keçiriləcək Prezident seçkilərində Sizə şanlı qələbə arzulayır və bütün Kəlbəcər ictimaiyyətinin, ziyalılarının, ağsaqqallarının Azərbaycanın gələcəyini yalnız Sizin rəhbərliyiniz altında görmək istədiklərini əminliklə bildirirəm".