"Qalatasaray" Emre Moru transfer edir?

Türkiyənin "Qalatasaray" klubu İspaniya "Selta"sının futbolçusu Emre Moru transfer etmək istəyir.  "Fanatik" nəşri "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terimin psixoloji problemləri üzündən heyətdən kənarlaşdırılan və hazırda müalicə alan 20 yaşlı cinah yarımmüdafiəçisinin xidmətində maraqlı olduğunu yazıb.

İstanbul klubu Türkiyə yığmasının da formasını geyinən Moru gələcəkdə transfer etmək hüququna sahib olmaq şərti ilə cari mövsüm başa çatdıqdan sonra icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Emre Mor ötən yay 13,5 milyon avro qarşılığında Almaniyanın "Borussia" (Dortmund) klubundan "Selta"ya keçib. O, Viqo təmsilçisinin heyətində 19 oyunda iştirak edib və 1 qol vurub.Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31