Bakıda Sağlamlıq Festivalı keçiriləcək

Aprelin 6-da Bakıda Sağlamlıq Festovalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, festiva Dənizkənarı Milli parkda baş tutacaq.

Aprelin 6-da Bakıda Sağlamlıq Festovalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, festiva Dənizkənarı Milli parkda baş tutacaq.

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir. Bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "İnkişaf naminə idman" İctimai Birliyi tərəfindən keçirilən mədəni-kütləvi aksiyanın məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş aksiyanın rəsmi açılışından sonra Bakı şəhərinin 11 rayonunun məktəbliləri arasından estafet yarışları keçiriləcək. Bədii musiqili hissədə müğənnilərin, akrobatların nümunəvi çıxışları, boccia yarışı, zumba rəqsi və s. təşkil olunacaq. Sonda 1, 2 və 3-cü yerləri tutan məktəblər diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırılacaq iştirak edən bütün məktəb şagirdləri isə sertifikatlarla təltif olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31