Azərbaycanın haqq səsini dünyaya gənclərimiz çatdıracaq

Aprelin 5 – də Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Milli Birliyi və Dünya Azərbaycanlıları Assambleyasının birgə mətbuat konfransı keçirildi. Olaylar.az bildirir ki, konfransda hər iki təşkilatın rəhbərliyi tərəfindən birləşmə qurultayı məsələsi, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi istimaqətində görüləcək işlər barədə geniş müzakirələr aparıldı.

Aprelin 5 - də Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Milli Birliyi və Dünya Azərbaycanlıları Assambleyasının birgə mətbuat konfransı keçirildi. Olaylar.az bildirir ki, konfransda hər iki təşkilatın rəhbərliyi tərəfindən birləşmə qurultayı məsələsi, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi istimaqətində görüləcək işlər barədə geniş müzakirələr aparıldı.

Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlıları Milli Birliyinin rəhbəri Xəzər Emin bildirdi ki, hər kəsin yaxşı tanıdığı diaspora quruculuğunda xüsusi fəaliyyəti olan, 40 ildi İsvecdə mühacir ömrü sürən, prezidentimiz tərəfindən fəaliyyətindən dolayı "Tərəqqi" medalı ilə təltif olunan  doktor Cavad Derəxti, Dünya Azərbaycanlıları Konqresinin gənclər təşkilatının üzvü, hazırda Almaniyada mühacirətdə olan Dünya Azərbaycanlıları Assambleyasının sədri  Rəşad Quliyev, İsvec mediasında adı hallanan, fəaliyyəti zamanı dünyada sülhü təbliğ edən Siyavuş Derəxti - Cavad bəyin oğlu və dünyanın bir çox ölkələrində Azərbaycan dövlətçilik ənənələrini təbliğ edən assambleya üzvləri iştirak edir. Xəzər Emin qeyd etdi ki, bu toplantı heç bir Azərbaycan diaspora təşkilatına qarşı deyil. "Təşkilatımız Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin fəaliyyətini dəstəkləyir. Bizim əsas məqsədimiz fəaliyyətimizi bundan sonra gənclərə təbliğ etmək, onları irəli verməkdi. Bu gün dünyada gənclər öz sözlərini deyir. Bundan sonra Azərbaycanın haqq səsini dünyaya gənclərimiz çatdıracaq. Biz də onlara öz sözlərini demələrinə imkan yaratmalıyıq".

Daha sonra çıxış edən doktor Cavad Derəxti bildirdi ki, iki il bundan öncə Stokholmda "Azərbaycan əsgərinə dəstək" yürüşündə biz birləşib Azərbaycan həqiqətlərini televiziya vasitəsilə dünyaya bəyan etdik. Təəssüflər olsun ki, orada Türk Federasiyasından olan bir  dostumuz kəsgin şəkildə erməniləri tənqid elədi. İçimizə soxulan ermənilər gecə ilə İsveçin ən böyük kanallarından olan Kanal4 -də bəzi filmlər yayımladı. Həmin türk dostumuz ermənilərdən üzr istədi, 45 gün həbsdə yatdı və öz vəzifəsindən istefa verdi. Bu durum məni və bir çox silahdaşlarımızı sarsıtdı. Təəssüflər olsun ki, bizim diaspora onun hüquqlarını müdafiə edə bilmədi. Bu hadisədən sonra belə qərara gəldim ki, bu təşkilatları bir araya toplayaq. Xaricdə fəaliyyət göstərən bir çox təşkilatlarımız bütöv Azərbaycan uğrunda deyil, yalnız və yalnız Azərbaycan Respublikasının ya müxalif tərəfini, ya da iqtidar tərəfini təmsil edirlər. Biz isə yalnız Bütöv Azərbaycanın hüquqlarını müdafiə etmək və Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdan ötrü varıq. Bizi bir çox mitinqlərə dəvət edirlər və biz o mitinqlərdə iştirak etməkdən imtina edirik. Biz müstəqil bir təşkilatıq".

Səfərinin əsas məqsədini tədbir iştirakçılarına xatırladan Cavad Derəxti qeyd etdi ki, bu gün bura - doğma vətənimizə gəlməkdə əsas məqsədlərindən biri də 31 Mart dünya Azərbaycanlıların Soyqırımı ilə bağlıdı. "Hansı ki, həm Güney, həm də Quzey Azərbaycanda 100 il bundan qabaq bizim bəlalı düşmənimiz olan ermənilər, asurilər birləşib Xoy, Urmiya, Köhnə şəhər kimi bir neçə şəhərdə yüz minlərlə insanı qətlə yetirdilər. Təəssüflər olsun ki, bu günə qədər Cənubi Azərbaycanda bu məsələ yaxşı araşdırılmayıb. Bir neçə kitab yazılsa da, ermənilərin məkrli siyasətləri tam işıq üzünə çıxmayıb. Biz Quba şəhərinə gedib, abidələrimizi ziyarət edəcəyik. Bu məsələ ilə daha çox oğlum Siyavuş Derəxti məşğul olur. O hər səfərində bir neçə görkəmli avropalını Azərbaycana gətirərək, onlara vətənimizi təqdim edir. Yaxın günlərdə Siyavuş Derəxti öz xərcləri hesabına 20 avropalı gənci ölkəmizə gətirərək, onlara vətənimizi, tariximizi, siyasətimizi təbliğ edəcək. Biz mühacir həyatı yaşayaraq belə gənclər yetişdirdik.

Biz dünyaya Azərbaycan əsgərinin gücünü təbliğ etməliyik. Onların gücü ilə əzəli torpaqlarımıza qovuşacağıq. Səfərimizin növbəti məqsədi ölkəmizdə şəffaf qaydada həyata keçirilən, hər zaman Avropadakı qaydalarla başlayıb sona yeten prezident seçkilərinə dəstək verməkdi".

Avropada fəaliyyət göstərən Dünya Azərbaycanlılar Konqresinin sədri Rəşad Quliyev çıxışı zamanı vurğuladı ki, Azərbaycanı beynəlxalq səviyyədə xarici ölkələrdə təmsil edən bir neçə təşkilat var. Dünya Azərbaycanlılar Milli Birliyi və Dünya Azərbaycanlıları Assambleyası Avropada öz fəallıqları ilə seçilir. Zaman -zaman fəaliyyətimizlə əlaqədar məlumatları, xəbərlərimizi Azərbaycan mediasına göndəririk. Biz artıq birlik, birgə fəaliyyət göstərmək qərarına gəldik. Dünya Azərbaycanlıları Assambleyası beynəlxalq ictimai təşkilat olaraq 2016 - cı ildə  Almaniyada qeydiyyatdan keçib. Assambleya Avropa ölkələrində bir çox layihələr həyata keçirib. Aprel döyüşləri zamanı biz etiraz bəyannamələrimizi bir çox Avropa təşkilatlarına ünvanladıq, erməni səfirliklərinin qarşısında etiraz aksiyaları təşkil etdik. Qısa müddət ərzində beynəlxalq təşkilatlara ünvanladığımız etiraz məktublarımıza cavab gəldi. Biz fəaliyyətimiz dövründə Azərbaycan dövlətçilik ənənələrini, xəttini, siyasi prinsiplərini hər zaman dəstəkləmişik. Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün hədələrin, etirazların qarşısına sədd çəkəciyik".

Konfransda çıxış edən Cavad Derəxtin oğlu Siyavuş Derəxti fəaliyyəti zamanı Azərbaycan tarixini, siyasətini, dövlətçilik ənənələrini hər zaman təbliğ etdiyini, dəyər verdiyini açıqladı. Bundan sonrakı fəaliyyəti zamanı düşmənlərimizin ölkəmizə qarşı apardığı məkrli siyasəti Avropa ölkələrində hər zaman təbliğ etdiyini vurğuladı."

Daha sonra çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirdi ki, biz - Dünya Azərbaycanlıları Konqresi  hər zaman böyük Azərbaycan naminə işlər görüb. DAK bu gün Sabir Rüstəmxanlının ətrafında fəal fəaliyyət göstərir. Diaspora mərkəzi olaraq Polşada, Latviya, Litviya, Gürcüstanda bir sıra layihələr həyata keçirib. Ümid edirəm ki, yeni yaranacaq olan qurum Avropa ölkələrində təşkil olunan bir sıra layihələrdə, tədbirlərdə bundan sonra Azərbaycan prezidentinin şəffaf siyasətini, möhkəm dövlətçilik ənənələrini geniş təbliğ edəcək."

Sonda müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspora nümayəndələri çıxış etdi.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31