Tolstoyun nəticəsi Azərbaycan Tarixi Muzeyində

İsveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil və L.Tolstoyun nəticəsi Daniel Tolstoy AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

İsveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil və L.Tolstoyun nəticəsi Daniel Tolstoy AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Qonaqlar muzeyin ekspozisiya zallarında və məşhur xeyriyyəçi  H.Z.Tağıyevin xatirə muzeyində ekskursiya aparıb, Azərbaycan tarixinin əyani sübutu olan maddi mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Mədəniyyət ocağında  qorunan tarixi eksponatlar ziyarətçilərin diqqətini cəlb edib. 

Sonda qonaqlar Milli Azərbaycan Tarixi Muzeyi ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31