Babiş: "Seçkilər Azərbaycanın regiondakı mövqeyini daha da artıracaq"

Aprelin 11-də Azərbaycanda keçiriləcək seçkilər ölkənin regionda mövqelərini daha da möhkəmləndirməklə yanaşı, Türkiyə ilə münasibətlərdə sabitliyin davamlılığı baxımından böyük əhəmiyyət kəsb edir.

Aprelin 11-də Azərbaycanda keçiriləcək seçkilər ölkənin regionda mövqelərini daha da möhkəmləndirməklə yanaşı, Türkiyə ilə münasibətlərdə sabitliyin davamlılığı baxımından böyük əhəmiyyət kəsb edir.

Azadinform xəbər verir ki, bu fikirləri sechki-2018.az saytına açıqlamasında TÜRKSAM idarə heyətinin katibi, politoloq Əhməd Gəncəhan Babiş deyib.

Azərbaycanda seçki mühitini yüksək dəyərləndirən politoloq Azərbaycan vətəndaşlarının sülhə, sabitliyə və dinamikaya səs verəcəyinə əminliyini ifadə edib.

O əlavə edib ki, xalqın sabitliyə səs verməsi regionda artıq söz sahibi olmaq yolunda inamla addımlayan Azərbaycan üçün ciddi nəticələrə gətirib çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31