Ölkəyə qanunsuz xəz kürklərin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Komitədən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri ərazisində qeydiyyatda olan karqo şirkətinin adına Çin Xalq Respublikasından göndərilən brutto çəkisi 11588 kq olan yük gömrük əməkdaşları tərəfindən yoxlanılıb. Həmin yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilən qadın geyim mallarından ibarət olub.Yoxlama zamanı, altı ədəd bağlamanın içərisində gömrük orqanına düzgün bəyan edilməmiş cəmi 50 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Komitədən "Olaylar"a verilən məlumata görə, Bakı şəhəri ərazisində qeydiyyatda olan karqo şirkətinin adına Çin Xalq Respublikasından göndərilən brutto çəkisi 11588 kq olan yük gömrük əməkdaşları tərəfindən yoxlanılıb. Həmin yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsində müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilən qadın geyim mallarından ibarət olub.Yoxlama zamanı, altı ədəd bağlamanın içərisində gömrük orqanına düzgün bəyan edilməmiş cəmi 50 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31