Bəstəkar Elza İbrahimovaya həsr olunmuş konsert proqramı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində keçən növbəti konsert görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunub. “Sən yadıma düşəndə” adlanan konsert proqramında bəstəkarın ən sevilən mahnıları tələbələrin ifasında tamaşaçılara təqdim edilib. Gecə ADMİU “Bakının işıqları”  mahnısı ilə başlayıb. Daha sonra görkəmli bəstəkarın biri-birindən gözəl mahnılar musiqisevərlərə təqdim edildi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində keçən növbəti konsert görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunub. "Sən yadıma düşəndə" adlanan konsert proqramında bəstəkarın ən sevilən mahnıları tələbələrin ifasında tamaşaçılara təqdim edilib. Gecə ADMİU "Bakının işıqları"  mahnısı ilə başlayıb. Daha sonra görkəmli bəstəkarın biri-birindən gözəl mahnılar musiqisevərlərə təqdim edildi.

Elza İbrahimovaya həsr olunan konsert proqramı dillər əzbəri olan, Vətən haqqında mahnı deyəndə ilk yada düşən "Ey, Vətən" mahnısı ilə sona çatıb.

Konsert boyu ifaçıları bədii rəhbəri Xalq artisti, professor Zamiq ƏIiyev olan ADMİU-nun Xalq Çalğı alətləri ansamblı müşayiət edib. Konsertin bədii rəhbəri isə Estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva olub.

Qeyd edək ki,  "Yeni nəsil dəvət edir" layihəsi fevral ayının 8-də Beynəlxalq Muğam Mərkəzində start götürüb və iyul ayına kimi davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31