Gündəm
Göygöl sakinindən ov tüfəngi götürülüb
Göygöl rayon sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarısu kənd sakini Vaqif Musayevin evindən nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb. Hazırda silahın hardan əldə edəilməsini müəyyən etmək istiqamətində araşdırmalar aparılır.
Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb
Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən “Olaylar”a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1931-ci il təvəllüdlü Məmmədzadə Zinaida Muxtar qızının meyitini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib
Paytaxtda soyğunçu dəstə zərərsizləşdirilib
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dın “Olaylar”a verillən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.Məlumatla əlaqədar dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib.
Vətəndaşı döyərək 3 min manat pulunu alan dəstə ələ keçib
Quldurluq etməkdə şübhəli bilinən dəstə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini T.Həşimov həmin gün saat 1 radələrində qəsəbə ərazisində 4 naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib.
Mülkiyyət əleyhinə cinayətlərin sayı artıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 4-də polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı və 27-ci Polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart ayları ərzində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəvan Abdullayev saxlanılıb.
Məmmədyarov BMT Baş Assambleyasının sədri ilə nədən danışıb?
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində BMT Baş Assambleyasının sədri Miroslav Layçakı qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, M.Layçak Slovakiya xarici işlər naziri kimi 2010-cu ildə Azərbaycana səfərini xatırlayaraq, bu illər ərzində Azərbaycanın bütün sahələrdə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb və yenidən ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.
Heyvan və heyvan məhsullarının identifikasiyası necə aparılır?
Bütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə heyvanın sağlamlığı və heyvan mənşəli qidanın dad, qoxu, rəng və s. göstəriciləri haqqında məlumat verir. Ona görə də, izlənilmə qida zənciri boyunca risk faktorlarına mane olmağa və effektiv şəkildə dərhal cavab verməyə kömək edir. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, izlənilmə üzrə ilk effektiv çalışmalara Avropa Birliyi tərəfindən qaramallarda dəli dana xəstəliyi (bovine spongiform encephalatopathy) aşkar olunduqdan sonra başlanılıb.. Dəli dana xəstəliyi, dabaq, donuz vəbası, quş qripi və insanların sağlamlığına ciddi ziyan vuran Salmonella, Escherichia coli və s. bakteriyaların törətdikləri xəstəliklərin artması heyvan və heyvan mənşəli məhsulların qida təhslükəzliyi üçün mövcud olan izlənilmə sistemlərinin vacibliyini göstərir.
Ölkədə normal seçki mühiti varmı?
Prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədə siyasi həyəcan da artır. Hər kəs səbirsizliklə 11 aprel tarixini, səsvermə məntəqələrinə gedərək öz vətəndaşlıq hüququndan istifadə etmə anını gözləyir. Seçkiöncəsi ölkədəki ictimai-siyasi mühit, namizədlərə yaradılan şəraitlə bağlı aparılan dəyərləndirmələr 11 aprel seçkilərinin azad və demokratik şəkildə baş tutacağına əminlik yaradır. Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. Politoloq “OLAYLAR”-a verdiyi müsahibədə son vaxtlar Azərbaycana qarşı başlanan çirkin kampaniya və onun qarşısının alınması istiqamətində atılması vacib olan addımlardan da danışıb. Ramiz Alıyev radikal müxalif düşərgənin seçki öncəsi ölkədə xaos, anarxiya yaratmaq cəhdlərini də pisləyib.
Ali Məhkəmə "Kanal-13"-ün rəhbəri Əziz Orucovun həbsdən azad edilməsi barədə qərar çıxarıb
Ali Məhkəmədə "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb. Vəkil Cavad Cavadlı deyib ki, məhkəmə Əziz Orucov barəsində Bakı Apellyasiya məhkəməsinin qərarını qismən ləğv edib. Ə. Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib və bu qərar şərti cəza ilə əvəzlənib. Onun azadlığa buraxılmasına qərar verilib. Ə. Orucovun bir neçə saata saxlandığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılcağı bildirilir.
Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir
Rusiya-Türkiyə münasibətləri son bir neçə ildə gözlənilmədiyi qədər inkişaf edib. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, Moskva ilə Ankara arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması artıq bu iki dövləti strateji müttəfiqə çevirib. Xüsusilə Türkiyə ilə Rusiya arasındakı strateji müttəfiqlik Suriyada özünü daha çox büruzə verir. Və təbii ki, Ankara ilə Moskvanın bu cür yaxınlaşması Qərbin. Birləşmiş Ştatların narahatçılığını artırır.
Seçkilərdən sonra hökumətin istefaya göndərilməsi Konstitusiyanın tələbidir
Prezident seçkiləri hər bir ölkənin həyatına xüsusi yer tutur. Əvvəlcə prezidentlik uğrunda mübarizəyə qoşulan namizədlər seçildiyi təqdirdə həyata keçirəcəyi daxili və xarici siyasətin əsas məqamlarndan ibarət proqramlarını ortaya qoyur və təbliğat mexanizmləri vasitəsilə həmin proqramın rəqiblərindən hansı cəhətlərinə görə üstün olmasını cəmiyyətə catdırmağa çalışırlar.
Generalın oğlu: "Hadisə sürücü məni söyəndən sonra baş verdi"
Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Zauru verdiyi suala görə efirdə BİABIR ETDİ: Ərimin yanında idin? - VİDEO
Müğənni Yeganə Mürsəliyeva qonağı olduğu "5/5"-də Zaurun suallarına hazırcavablığı ilə diqqət çəkib.
Salman Xan həbs oluna bilər
Məşhur Bollivud ulduzu qanunsuz heyvan ovuna görə cəzalandırılıb. Ən varlı aktyorlardan hesab edilən Salman Xanın 1998-ci ildə iki nəsli kəsilməkdə olan antilopu öldürdüyü məlum olub (antilop - boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən, görkəmcə marallara bənzəyən heyvan növünə verilən addır).














