Paytaxtda soyğunçu dəstə zərərsizləşdirilib
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dın “Olaylar”a verillən məlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.Məlumatla əlaqədar dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib.
5 Aprel 2018 14:05 KriminalSoyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dın "Olaylar"a verillən məlumata görə, "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.Məlumatla əlaqədar dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib. Bakı Şəhər Baş Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu olduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.