Salman Xan həbs oluna bilər

Məşhur Bollivud ulduzu qanunsuz heyvan ovuna görə cəzalandırılıb. Ən varlı aktyorlardan hesab edilən Salman Xanın 1998-ci ildə iki nəsli kəsilməkdə olan antilopu öldürdüyü məlum olub (antilop - boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən, görkəmcə marallara bənzəyən heyvan növünə verilən addır).

Məşhur Bollivud ulduzu qanunsuz heyvan ovuna görə cəzalandırılıb. Ən varlı aktyorlardan hesab edilən Salman Xanın 1998-ci ildə iki nəsli kəsilməkdə olan antilopu öldürdüyü məlum olub (antilop - boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən, görkəmcə marallara bənzəyən heyvan növünə verilən addır). O, Hindistanın Rajastan vilayətində film çəkilişləri zamanı iki antilop öldürdüyünə görə məhkəməyə çıxarılıb. Hazırda 52 yaşı olan aktyorun 5, ya da 6 il həsbi gözlənilir. Onun qərara etiraz etmək hüququ var.

Qeyd edək ki, Salman Xan 100-dən çox filmə çəkilib. Milli.az BBC-yə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31