Gündəm
Musa Quliyev: "Azərbaycan sülhsevər dövlətdir"
“Bu gün “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir. Azərbaycanın belə tədbirlərdə iştirakı tək regionda deyil, düyada nüfuzunun bir göstəricisidir”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
"Onunla qurtardıq” - Pərviz Bülbülə Türkanla oxumaqdan imtina etdi - VİDEO
ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə olub. Müğənni, ilk olaraq, efirdə "Seçilmiş müğənni" mükafatına niyə yalnız getdiyini açıqlayıb: "Pərvizi də dəvət etmişdilər.
Ermitaj muzeyi təxliyə edilir - Sankt-Peterburqda
Sabiq prezidentə 12 il həbs tələbi
Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula da Silva həbs edilə bilər. Ali Məhkəmə korrupsiyada adı hallanan Lulaya 12 il həbs tələb edib. Ölkənin ən reytinqli siyasətçisi olan Lula da Silva bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin aşkar favoritidir. Sol cinahın təmsilçisi olan siyasətçi hakimiyyəti dövründə həyata keçirdiyi islahatları və yoxsulluq səviyyəsini aşağı endirməklə tanınır. O, ittihamları rədd edərək ölkədəki oliqarxların hədəfi olduğunu bildirir və prezidentliyə namizədliyinə mane olmaq məqsədi daşıdığını iddia edir.
“Rusiya ilə 300 illik müharibə davam edəcək” – ŞOK PROQNOZ
Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir davam edir. Bunu “112 Ukrayna” telekanalının efirində müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak deyib. Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə hazırladığı “Troya” əməliyyatını xatırladıb.
Müğənnilərimizin “Youtube” saxtakarlığı – VİDEO
Son illər “Youtube”da aktivləşən, öz PR-larını sosial şəbəkələr vasitəsilə aparan azərbaycanlı müğənnilərin sayı artmaqdadır. Eyni zamanda, sənətçilərin layihələrinin “Youtube”də 2-3 milyonu aşması müşkül məsələdir.
Ordumuz dünyada neçənci yerdədir? – Yeni reytinq
2017-ci ilin nəticələrinə görə, Azərbaycan dünyanın 58-ci ən güclü ordusuna sahibdir. Bu nəticə Qlobal Atəş Gücü şirkətinin hazırladığı reytinq cədvəlində yer alıb. Yeni reytinq cədvəlində Azərbaycan keçən il tutduğu mövqeni dəyişməyib. Bu göstəricisinə görə ölkəmiz Cənubi Qafqazda lider, postsovet məkanı ölkələri arasında beşinci yeri tutub. Belə ki, siyahıda Azərbaycanı Ukrayna (30), Özbəkistan (48), Belarus (49) və Qazaxıstanı (55) qabaqlaya bilib. Qafqazdakı qonşularımızdan olan Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə qərarlaşıb.
Prezident seçkiləri günü təcili yardım gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev keçirdiyi mətbuat konfransında deyib.
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib. Hazırda mağazalarda qadağadan əvvəl idxla edilən geyimlər satılır.
Nikaha girmək istəyən 280 nəfər həkimdən bəd xəbər aldı - AÇIQLAMA
Mart ayı ərzində nikaha daxil olmaq istəyən 9581 cütlük tibbi müayinədən keçib, onlardan 279 nəfərdə müxtəlif xəstəlik və daşıyıcılıq aşkarlanıb. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
Türkiyədə fövqəladə vəziyyətin müddəti yenə uzadılacaq
Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılacaq. Məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib. Baş nazir müavininin sözlərinə görə, fövqəladə vəziyyətin uzadılmasına ehtiyac var, çünki Fətullah Gülən terror hərəkatı ilə mübarizə hələ bitməyib.
Azərbaycanda “sarı inqilab” baş tutmadı
Bir neçə həftədir ki, ölkənin ictimai fikrini 2018-ci ilin qarşıdan gələn yeni inqilabı haqqında xəbər məşğul edir. Hər seçki mövsümündə bizə yeni rəngli inqilab vəd edilir. Bu dəfə keçmiş prokurorun, Azərbaycan baharının yeni peyda olmuş blogeri Vidadi İsgəndərlinin sözlərinə görə, inqilabın rəngi sarıdır.
Oğul evdən 4 min manatlıq qızıl aparıb
Bərdədə evdən 4 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu saxlanılıb.
Avtomobil vuran piyada hadisə yerində ölüb
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 4-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Vüqar Məmmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı şəhər sakini İspat Əmirovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda avtomobil təmiri sexi yanıb
Sumqayıt şəhərində fəaliyyət göstərən avtomobil təmiri sexinda yanğın baş verib. Fövqəladə Hallar Nazieliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 1700 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 100 m² sahədə, sexin içərisində olan 3 ədəd minik avtomobilinin yanar hissələri qismən yanıb. Sexin qalan hissəsi və digər 3 minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.














