Musa Quliyev: "Azərbaycan sülhsevər dövlətdir"
“Bu gün “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir. Azərbaycanın belə tədbirlərdə iştirakı tək regionda deyil, düyada nüfuzunun bir göstəricisidir”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
5 Aprel 2018 13:39 Siyasət"Bu gün "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir. Azərbaycanın belə tədbirlərdə iştirakı tək regionda deyil, düyada nüfuzunun bir göstəricisidir". Bu sözləri millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu kimi tədbirlərdə Azərbaycanın iştirak etməsi ölkəmizin sülhsevər bir dövlət olduğunun bariz nümunəsidir: "Bu tədbir bir daha Azərbaycanın müharibəyə, terrora qarşı çıxmasının göstərir. Eyni zamanda, belə Qoşulmama Hərakatının üzvlərinin sayının artması dünyadakı pis gedişə əngəl törədir və balanslı siyasət aparmasına töhfə verir. Bu mənada belə bir tədbir keçirilməsi, ölkə başçısının burada çıxışı və Azərbaycanın bu tədbirdə iştirak etməsi əlamətdar hadisədir".
Qeyd edə ki, Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Sia.az