Gündəm
Məmur olmaq istəyənlər sınağa çəkiləcəklər
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbət test imtahanı keçiriləcək.
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
28 fevral tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil edib.Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Sabah hava 15 dərəcə isti olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
“Facebook”dan 87 milyon istifadəçinin məlumatları sızıb
“Facebook” şirkətinin rəhbərliyi xəta nəticəsində şəxsi məlumatları “Cambridge Analytica” şirkətinə ötürülən sosial şəbəkə istifadəçilərinin sayınının əvvəllər elan olunduğu kimi 50 yox, 87 milyon olduğunu açıqlayıb.
Gürcüstanda kömür mədənində uçqun olub, altı nəfər ölüb
Gürcüstana Tkibuli şəhərində yerləşən Mindeli kömür mədənindəki tunnellərdən birində divarların deformasiyası nəticəsində dam uçqunu baş verib. Nəticədə 6 fəhlə ölüb, 3-ü isə xəsarət alıb.
Bakıda süpürgəçilər üçün yeni geyim hazırlanıb
Bakı şəhərində təmizlik işləri aparan şəxslər üçün yeni geyim hazırlanıb. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Azərbaycanda qadın boşandığı ərinin evinə yeni ərini gətirdi – VİDEO
ARB TV-nin "Sirdaş Rövşanə” proqramının növbəti verilişində də daha bir qalmaqallı ailə müzakirə olunub. Budəfəki şikayətçi 18 yaşlı Bəşir olub. O, anasından boşandığı üçün atasından şikayətçi olub. Atası barədə sərt ittihamlar edən Bəşir bildirib ki, ona bağışlanan mağazanı bibisi əlindən alıb. O, bilmək istəyib ki, nəyə görə atası mağazanı bibisinin adına alıb. Studiyadakı ekspertlər isə Bəşirin anasının boşandıqdan sonra yenidən evlənməsini kəskin şəkildə qınayıblar. Bu səbəbdən də aparıcı Rövşanə ilə ekspert qismində əyləşən hüquqşünaş Tahir Əlirzayev arasında mübahisə düşüb. Aparıcı fiziki qüsurlu Bəşirin üstünə gedilməsini və qadınlar haqqında bu cür ittihamı kəskin şəkildə pisləyib.
“5-ci kolon”un anti-Azərbaycan kampaniyası, puça çıxan ümidlər...
Azərbaycanda keçiriləcək prezident seçkilərinin başlanmasına az qalmış anti-Azərbaycan qüvvələr Qərbdən verilmiş komanda üzrə öz fəaliyyətini gücləndirib. Ölkəmizin ardıcıl surətdə öz nüfuzunu artırması təkcə Ermənistanı deyil, Qərbdə yerləşən bir çox dövlətləri və “beynəlxalq təşkilatları” da narahat edir. Buna görə də, cəmiyyət daxilində qarşıdurma yaratmaq üçün öz “5-ci kolon”larına müvafiq tapşırıqlar veriblər. Ölkə daxilində mitinqlər, xaricində isə virtual söyüş və təhqir kampaniyaları baş alıb gedir.
Tarix yalnız arxada qalmır, həm də öndən gəlir...
Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.
ABŞ: Çinin güzəştə gedəcəyini gözləyirik
ABŞ Çinin ticarət münaqişəsində güzəştə getməsini gözləyir. Bu sözləri Ağ Ev yanında Milli Ticarət Şurasının rəhbəri Larri Kudlou deyib. “Düşünürəm ki, biz razılığa gələcəyik. Şəxsən elə düşünürəm ki, çinlilər geri addım atıb əməkdaşlıq edəcəklər”, - Kudlou bildirib.
ATV-nin efirində gərgin anlar: Nüşabənin qəflətən halı pisləşdi- VİDEO
"Çudo Peçka”nın sahibi vurulan ziyanın bir qismini ödəyib
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov “Bank Standard” QSC-yə vurulan ziyanın bir qismini ödəyib. Bunu Ç.Cəlilovun oğlu Anar Cəlilov deyib. Ç. Cəlilov özünə məxsus Xaçmaz rayonunda yerləşən 37 hektar torpaq sahəsi 38 min manata sataraq, ziyandan ödəyib.
Tam orta təhsilini bitirə bilməyənlər üçün yeni imkan
Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək. “OLAYLAR” BŞTİ-yə istinadən xəbər verir ki, qeydiyyat və sənəd qəbulu 5-30 aprel tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.
İran XİN rəhbəri: "ABŞ beynəlxalq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir
"Biz Fələstin xalqına qarşı zorakılığı pisləyirik. İsrail qlobal təhlükəsizliyə təhdid olmağa davam edir. Şərqdə stabilliyin pozulması ekstremizm və zorakılığa gətirib çıxarır". Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Rumıniyada mikroavtobusun çaya düşməsi nəticəsində 9 nəfər ölüb
Rumıniyada mikroavtobus çaya düşüb, xeyli insan suda boğularaq ölüb. Nyams bölgəsində mikroavtobus Bistritsa çayına düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan on nəfərdən yalnız bir sərnişin sudan çıxa bilib.














