Gündəm

Ötən il Bakıda 600 qüsurlu körpə doğulub

5 Aprel 2018 12:28

"2017-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3 099 müraciət daxil olub". Bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva deyib.

Təcili yardım stansiyası: İnsultla bağlı müraciətlər artıb

5 Aprel 2018 12:26

2017-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq müraciət daxil olub.  Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib.

Nazir: “Azərbaycan BMT Baş Assambleyasının rolunun artırılmasını dəstəkləyir”

5 Aprel 2018 12:25

“Azərbaycan sülh və təhlükəsizliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir”. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. 

Anaya şok çağırış: “XƏSTƏ UŞAĞINI ÖLDÜR” — O isə…

5 Aprel 2018 12:23

Fiziki məhdudiyyətli şəxslərin haqlarının müdafiəçisi olan Natali Uiver adlı qadının 9 yaşlı qızı Sofiya nadir xəstəlikdən əziyyət çəkir. O, doğulduğu gündən bu yana bir çox əməliyyat keçirib. Danışa bilməyən, göz təması və çıxardığı səslərlə ailəsi ilə ünsiyyət quran Sofiya çox çətin həyat yaşasa da, güclü və xoşbəxt bir qadındır.

Zeynəb Xanlarova ilə bağlı 60 illik SİRR AÇILDI –  VİDEO

5 Aprel 2018 12:21

Əməkdar artist, xanəndə Süleyman Abdullayev tələbə yoldaşı dünyaşöhrətli sənətkar, xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar açıqlayıb. 

Azərbaycanlı oğlanlar erməni qızın BAŞINA OYUN AÇDI - VİDEO

5 Aprel 2018 12:20

Nadir Qafarzadənin “Maral”ını erməni xalq mahnısını kimi təqdim edən Anjelika Abramyan adlı vizajisti azərbaycanlı hakkerlər cəzalandırıb.

Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud "status-kvo" heç zaman qəbul edilməyəcək"

5 Aprel 2018 12:16

"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir". Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib. Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.

Prezident: "Azərbaycan regional əməkdaşlıqda mühüm rol oynayır"

5 Aprel 2018 12:15

"Azərbaycanın iqtisadi nailiyyətləri dünyanın aparıcı maliyyə institutlarının hesabatında əksini tapır". Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Venesuela xarici işlər naziri: “Ərazi bütövlüyü prinsiplərinə hörmətlə yanaşmalıyıq”

5 Aprel 2018 12:11

“Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edəcək”. Məlumata görə, Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında Venesuelanın xarici işlər naziri Xorxe Arreaza deyib. Nazir bildirib ki, ölkəsində 2016-cı ildə sammit keçirilib.

SABAH qruplarının tələbələri “Azercell”də təcrübə keçəcəklər

5 Aprel 2018 12:09

Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin “Azercell” Telekom MMC ilə əməkdaşlığı çərçivəsində bu qrupun tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı” elan edilib. Proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.

Paytaxt məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir

5 Aprel 2018 12:08

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir. “OLAYLAR” BŞTİ-yə istinadən xəbər verir ki, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

Cəbhədən ən son xəbər

5 Aprel 2018 12:07

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 75 dəfə pozub. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağstafa stansiyasının yolları təmir olunacaq

5 Aprel 2018 12:06

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, aprelin 6-da Ağstafa stansiyasında 2,2 km baş yolların əsaslı təmirinə başlanılacaq. Təmir işləri 2 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.