Gündəm

Nyutonun alma ağacı tarixə meydan oxuyur

5 Aprel 2018 12:05

Ser İsaak Nyutona yerin cazibə qüvvəsini kəşf etməkdə kömək olan ağacı görmək üçün hər il yüzlərcə adam onu  ziyarət edir.

Məşhur model öz brendini YARADACAQ

5 Aprel 2018 12:03

Məşhur model Çağla Şikel öz brendini yaratmaq istəyir. Olaylar.az bildirir ki, bu haqda o jurnalistlərə açıqlamasında bildirib. Model bir –iki məşhur isimlərlə bu haqda fikir mübadiləsi apardığını da gizlətməyib. Onun sözlərinə görə, Hakkan Akkayanın moda nümayişləri bitdikdən sonra onunla da məsləhətləşmələr edəcək. “Yəqin ki, birgə iş birliyimiz alınar” –deyə, model bildirib.

Cənubi Koreyada hərbi təyyarə qəzaya uğradı

5 Aprel 2018 12:01

Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayib. Məlumata görə qəza Könsan-Pukto vilayətində baş verib. Qəzaya uğrayan hərbi təyyarənin qırıcı təyyarə olduğu bildirilir. 

Vasif Məhərrəmli AİLƏ SİRRİNİ AÇDI: “Buna görə evdə dava sala bilərəm”

5 Aprel 2018 11:59

Çox sərt, mühafizəkar görünür, amma dediyinə görə, evdə çox mülayimdir. Lakin qaydalarını söylədikcə, heç də mülayim olmadığı üzə çıxdı. Natəmizliyi heç sevməyən müğənni büna görə evdə dava da sala biləcəyini gizlətmədi. Amma evdəkilər də işini ehtiyatlı tutub...

Norveçə getmək istəyənlərə XƏBƏRDARLIQ

5 Aprel 2018 11:57

Norveçə səfər etmək istəyən Azərbaycan vətəndaşları olarsa, turizm şirkətləri onları həmin ölkədə norovirusun yayılması barədə məlumatlandırmalıdırlar. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

"Qarabağ" Türkiyədə MÜKAFAT ALDI - Türk prezidentdən Azərbaycanca qürurlandıran çıxış

5 Aprel 2018 10:49

Xəbər verdiyimiz kimi, “Qarabağ” futbol klubu Türkiyədə ənənəvi “Milliyyət idman mükafatları” müsabiqəsində jürinin özəl mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov və icraçı direktor Emrah Çelikel iştirak edib.

Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə çoxlu sayda sənətçi ilə qatılır

5 Aprel 2018 10:47

Sərgidə bu il Türk Dünyasının Mədəniyyət paytaxtı olan Kastamonu şəhəri və Qara dəniz şəhərləri önə çıxarılacaq. Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF 2018) öz işinə başlayır. Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır. Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Dr. İrfan Çiftçinin açıqlamasına görə bu il Türkiyə AITF 2018-də iştirak edəcək şirkət və qurumlarının sayında xeyli artım var.

Demət Akalın Seda Sayanı hər yerdən SİLDİ

5 Aprel 2018 10:34

Demət Akalın həmkarı, illərdi dostluq etdiyi Seda Sayanı bütün sosial şəbəkə hesabından sildi. Olaylar.az bildirir ki, Demetin bu qərarına səbəb Seda Sayanın Hande Yener ilə Seren Serengili barışdırmağı olub. Ötən gecə eyni tədbirdə olan iki məşhur xanımın bir –birləri ilə ünsiyyətdə olmamaları diqqətdən yayınmayıb. Tədbirdən sonra açıqlama verən Seda Sayan “Əgər buna görə b elə edirsə, canı sağ olsun” - deyib.

Kraliça ilə gəlini hər kəsin gözü önündə dalaşdı - VİDEO

5 Aprel 2018 10:17

Ötən həftəsonu Pasxa tədbirinə qatılan İspaniyanın kral ailəsi kraliça ilə gəlini arasında baş vermiş dava ilə gündəmdədir.   Mayorka adasına yollanan kraliça Letisiya və 79 yaşlı qayınanası Sofiya arasında gərginlik yaşanıb. Belə ki, kral Felippin anası – kraliça Sofiya hər iki nəvəsi ilə şəkil çəkdirmək üçün fotokamera qarşısına keçir. Bu zaman isə Letisiya şəkillərin çəkilməsinə mane olur və onların qarşısını kəsir.

Ölən süpürgəçinin qızlarına ev veriləcək - VİDEO

5 Aprel 2018 09:46

Bir neçə gün öncə Bakıda avtomobilin vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişən 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilənin azyaşlı qızlarına kömək etmək istəyənlərin sayı gündən-günə çoxalır. Millət vəkili Qənirə Paşayeva da bu gün həmin ailəyə baş çəkib. O, icra başçısından bu ailə üçün ev tikilməsini xahiş edib. Rayon icra rəhbərliyi də problemin yaxın günlərdə həll olunacağını qeyd edib.

Aprel döyüşləri ilə bağlı məqalələr “Vikipediya”da

5 Aprel 2018 09:43

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibətilə məqalələr yaradılıb. MEK-dən Olaylar.az - a  bildiriblər ki, Azərbaycanca “Vikipediya”da yerləşdirilən məqalələr Aprel döyüşlərində, eləcə də 2015-ci ildə Qarabağ müharibəsində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub.