Qırğızıstanda toyda 249 nəfəri zəhərləyən TOYUQ olub
5 Aprel 2018 12:00 SosialQırğızıstan paytaxtındakı restoranlardan birində toy mərasimi zamanı kütləvi zəhərlənmənin səbəbi məlum olub. Məlumata görə, 249 nəfərin toyda hazırlanmış toyuqdan zəhərlənməsi məlum olub. Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Jıldız Ayqerçinova deyib. Səhiyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, zəhərlənməyə səbəb dəqiq olaraq toydakı somenella çöpləri olub. Xatırladaq ki, zəhərlənənlər arasında 20-dən çox uşaq da olub. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31