Kraliça ilə gəlini hər kəsin gözü önündə dalaşdı - VİDEO

Ötən həftəsonu Pasxa tədbirinə qatılan İspaniyanın kral ailəsi kraliça ilə gəlini arasında baş vermiş dava ilə gündəmdədir.   Mayorka adasına yollanan kraliça Letisiya və 79 yaşlı qayınanası Sofiya arasında gərginlik yaşanıb. Belə ki, kral Felippin anası – kraliça Sofiya hər iki nəvəsi ilə şəkil çəkdirmək üçün fotokamera qarşısına keçir. Bu zaman isə Letisiya şəkillərin çəkilməsinə mane olur və onların qarşısını kəsir.

Ötən həftəsonu Pasxa tədbirinə qatılan İspaniyanın kral ailəsi kraliça ilə gəlini arasında baş vermiş dava ilə gündəmdədir.
 
Mayorka adasına yollanan kraliça Letisiya və 79 yaşlı qayınanası Sofiya arasında gərginlik yaşanıb. Belə ki, kral Felippin anası - kraliça Sofiya hər iki nəvəsi ilə şəkil çəkdirmək üçün fotokamera qarşısına keçir. Bu zaman isə Letisiya şəkillərin çəkilməsinə mane olur və onların qarşısını kəsir. Gəlininin fotokamera önünüdən getmədiyini görən kraliça əsəbiləşərək Letisiyanın əlini kənara itələyir. Bu zaman qayınana-gəlin arasında mübahisə düşür. Kral Felip anası ilə arvadının yanına gedərək onlara nəsə söyləyir. Felipin atası, keçmiş kral Xuan Karlos isə baş verənləri təəccüblə izləyir. 

Qeyd edək ki, Xuan Karlos 2014-cü ildə taxt-tacını oğluna buraxıb. 

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31