Gündəm
Daha bir rayonda “ASAN xidmət” olacaq
Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində ölkə əhalisinin böyük rəğbətini qazanmışdır.
“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir
“Yutub” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir. Bu barədə şirkətin "Tvitter" hesabında dərc edilmiş bəyanatda deyilir.
Dəhşətli qəza: 20 nəfər öldü
"Feysbuk" məhdudiyyətlər qoyacaq
"Feysbuk" sosial şəbəkəsi kənar tətbiqlər tərəfindən istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoymaq niyyətindədir. Bu gündən etibarən "Feysbuk" (API) proqram interfeysi istifadə edən tədbiqlər qonaqlar siyahısına və “hadisə divarında” dərc edilən postlara giriş əldə edə bilməyəcək.
Səudiyyə Ərəbistanı Yəmənin raketini vurdu
Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub. Raket Cizan şəhəri yaxınlığında vurulub. Raketin Yəməndəki üsyançı husilər tərəfindən atıldığı, hədəfdə isə “Saudi Aramco” şirkətinə məxsus neft anbarlarının olduğu bildirilir.
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü düşmənə bir daha sübut etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aprelin 3-də Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Vətən mənə oğul desə…” adlı maarifçilik tədbiri keçirilib.
Könül Xasıyevaya Prezidentin fərdi təqaüdü təyin olundu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Könül Xasıyevaya Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Hərbi təyyarə qəzaya uğradı
Şahzadənin xanımı endirimli dükandan alış-veriş etdi - Fotolar
Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middlton Norfoltda alış-veriş edərkən görüntülənib. Üçüncü övladdına hamilə olan Keyt endirimli dükandan bazarlıq edib.
"Mançester Siti"nin avtobusu hücuma məruz qaldı
Liverpulda Çempionlar Liqasının matçı ərəfəsində yerli futbol klubunun azarkeşləri “Mançester Siti”nin avtobusuna hücum ediblər. Avtobus stadiona yaxınlaşarkən azarkeşlər avtobusa müxtəlif şüşə qablar və pirotexniki vasitələr atıb. Hadisə ilə əlaqədar “Liverpul” klubunun UEFA tərəfindən cəzalandırılacağı ehtimal edilir.
Təmiz aləm bayramı qeyd olundu
Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov yazın gəlişi, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixi haqqında danışıb.
Brejnevi gəzdirən "Çayka" satışa çıxarıldı
Rusiyanın elan saytlarından birində 1980-ci il istehsalı olan "QAZ-13 Çayka" avtomobili satışa qoyulub. Avtomobili satan şəxsin iddiasına görə, limuzin səfirliyin xidməti maşını olub və 1982-ci ildə Özbəkistana səfəri zamanı Sovet İKP MK-nın baş katibi Leonid Brejnevi gəzdirib.
Yeni teatr və sənət mərkəzi yaradıldı
Teatrlardan öz üslubu ilə fərqlənən yeni müstəqil teatr və sənət mərkəzi yaradılıb. “Çıxış” adlanan bu teatr tanınmış rejissor İmam Həsənov tərəfindən təsis olunub. Təsisçinin sözlərinə görə, teatrın yaradılmasında başlıca məqsəd cəmiyyətimizdə güzgü rolunu oynamaq, pafoslu aktyor oyunundan uzaq olan ifa nümayiş etdirmək, neorealistik qavramanın teatrda təməlini qoymaqdır.
“ASAN xidmət” BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında qabaqcıl təcrübə hesab olunur
2018-ci il mart ayında İslam İnkişaf Bankı (İİB) üzv ölkələrin ən qabaqcıl təcrübələrini əks etdirən məqalələrdən ibarət “Reverse Linkage” (Qarşılıqlı əlaqə) dərcinin ilk nömrəsini nəşr etdirib. Buraxılışda “Dövlət xidmətlərinin göstərilməsində innovasiyalar - Azərbaycandan baxış” adlı məqalə “ASAN xidmət” təcrübəsinə həsr edilib. Məqalədə son illərdə Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində, o cümlədən dövlət xidmətlərinin göstərilməsində aparılmış uğurlu islahatlardan söhbət açılıb. Qeyd olunub ki, bu islahatların ən böyük hissəsi 2012-ci ildə “ASAN xidmət”in yaradılmasının payına düşür.
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə ADU-da “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm cəmiyyətimizdə əsrlərdən bəri gələn həyat tərzi və dünyagörüşüdür, Azərbaycanda multikutural həyat tərzi qədim tarixi və ənənələrə malikdir. M.İmanov minillik tarixə malik klassik Azərbaycan ədəbiyyatında bəşəri ideyaların təbliğ olunduğunu söyləyib və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında bu fikirlərin öz əksini tapdığını sözlərinə əlavə edib.














