Səudiyyə Ərəbistanı Yəmənin raketini vurdu

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub. Raket Cizan şəhəri yaxınlığında vurulub. Raketin Yəməndəki üsyançı husilər tərəfindən atıldığı, hədəfdə isə “Saudi Aramco” şirkətinə məxsus neft anbarlarının olduğu bildirilir.

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan ballistik raketi vurub. Raket Cizan şəhəri yaxınlığında vurulub.

Raketin Yəməndəki üsyançı husilər tərəfindən atıldığı, hədəfdə isə "Saudi Aramco" şirkətinə məxsus neft anbarlarının olduğu bildirilir.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31