Gündəm

“Xətayi” təqdim olundu

5 Aprel 2018 09:11

Azərbaycan Xalça Muzeyində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının təqdimatı, yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə baş tutub. Bildirilib ki, RİİB və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın həyata keçirdiyi “Bakı xalçaları. Yeni çeşnilər” layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanıb.

Zəlzələ - İtaliyada

5 Aprel 2018 09:08

İtaliyanın mərkəzi bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Uşağınızın ürək sağlamlığı üçün bu 10 əlamətə diqqət edin

4 Aprel 2018 20:00

Memorial Ataşehir / Şişli xəstəxanaları Uşaq Kardioloji Hissəsindən Prof. Dr. Naci Öner, uşaqlarda ürək xəstəliklərinin əlamətləri haqqında məlumatlar verib:

Nüşabə Ələsgərli elmi dərəcə aldı

4 Aprel 2018 19:00

Tanınmış müğənni, əməkdar artist Nüşabə Ələsgərli elmi dərəcə alıb. Bu barədə əməkdar artist özü açıqlama verib. Onun sözlərinə görə, hazırda sənətşünaslıq üzrə fəlsəfə doktorudur: "Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. 2016-cı ildə müdafiə etmişəm. Ancaq doktorantura barədə düşünmürəm. Bu, mənə yetərlidir. Ancaq gələcəkdə hər şey ola bilər".

Bu brauzer həm də antivirus funksiyasını yerinə yetirir

4 Aprel 2018 18:50

Kibertəhlükəsizlik sahəsi üzrə bir sıra ekspertlər “Chrome” brauzerinin “Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərdə bütün faylları skan edən aləti ilə bağlı öz narahatçılıqlarını ifadə ediblər. “Chrome Cleanup Tool” aləti 2017-ci ildə sözügedən brauzerə inteqrasiya edilib.

Elm adamları: İş və hobbilər zəka səviyyəsini artırır

4 Aprel 2018 18:45

Elm adamlarının apardığı tədqiqatlar nəticəsində bəzi iş və hobbilərin zəka səviyyəsini artırdığı məlum olub. Belə ki, zəkaya müsbət təsir göstərən hobbi növləri müəyyən edilib. Musiqi alətində ifa etmək və musiqi dinləmə hafizə tutumunu artırır. Musiqi həm də təhtəlşüura səbirli və dözümlü olmağı aşılayır. Stressin qarşısını alan meditasiya da hafizəyə müsbət təsir göstərir. Bu sahədə mütaliə ilk yerlərdən birini tutur.

Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

4 Aprel 2018 18:40

Üz dəriniz cavanlaşmasını istəyirsinizsə, o zaman bu masknı həftədə 2-3 dəfə tətbiq edin. Aşağıdakı maskalar sizin üzünüzün dərisinin gözəlləşməsinə səbəb olacaq.

Nənə və babanın uşağın tərbiyəsinə təsiri

4 Aprel 2018 18:35

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir.

Messencer yazışmalarını oğurlayan virus aşkarlanıb

4 Aprel 2018 18:30

"Trustlook Labs" şirkətinin tədqiqatçıları "Android" əməliyyat sistemi üçün bütün məşhur məlumat mübadilə servislərindən yazışmaları oğurlayan virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum təsdiqlənib

4 Aprel 2018 18:29

Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib. Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.

AŞPA Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlama yayıb

4 Aprel 2018 18:27

Avropa Şurası Parlament Assambleyası təşkilat tərəfindən Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi ilə bağlı açıqlama yayıb. APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, 33 nəfərlik AŞPAmüşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

“Samsung Galaxy S6” və “S6 edge” smartfonları üçün proqram təminatının yenilənməsi dayandırılıb

4 Aprel 2018 18:25

“Samsung” şirkəti qabaqcıl “Galaxy S6” və “S6 edge” smartfon modelləri üçün proqram təminatı və təhlükəsizlik sistemi yenilənmələri üçün dəstəyi dayandırıb. Bu barədə şirkətin rəsmi saytında deyilir.

Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib

4 Aprel 2018 18:22

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu bölmənin Elektron kitabxanası ilə birgə tarixi romanların banisi Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanına həsr olunan elmi konfrans keçirilib.

“Intel” noutbuklar üçün “Core i9” adlı çox güclü 6 nüvəli prosessor təqdim edib

4 Aprel 2018 18:20

“Intel” şirkəti noutbuklar üçün nəzərdə tutulmuş “Core i9” prosessorunu anons edib. “Core i9-8950HK” qabaqcıl modeli "turbosürət" rejimində (standart takt tezliyi 2,9 QHs-dir) 4,8 QHs-dək sürətlənir, 6 hesablama nüvəsi və 12 axına malikdir. Sözügedən prosessorun hazırlanmasında 14 nanometrlik (14nm++) texnologiyadan istifadə ediləcək.