Uşağınızın ürək sağlamlığı üçün bu 10 əlamətə diqqət edin
Memorial Ataşehir / Şişli xəstəxanaları Uşaq Kardioloji Hissəsindən Prof. Dr. Naci Öner, uşaqlarda ürək xəstəliklərinin əlamətləri haqqında məlumatlar verib:
4 Aprel 2018 20:00 SosialMemorial Ataşehir / Şişli xəstəxanaları Uşaq Kardioloji Hissəsindən Prof. Dr. Naci Öner, uşaqlarda ürək xəstəliklərinin əlamətləri haqqında məlumatlar verib:
1. Sürətli və çətin tənəffüs almaq: Sətəlcəm və ya hərarət kimi nasazlıqlar olmamasına rəğmən yaşa nəzərən sürətli nəfəs almaq, burun qanadı tənəffüsü, köməkçi tənəffüs əzələlərinin istifadə edilməsi ilə bağlı qabırğa aralarının içə doğru yer dəyişdirməsi, uşaqlarda ürək xəstəliyinin əhəmiyyətli göstəriciləridir.
2. Göyərmə (Siyanoz): Uşaqlar həyəcanlandığında, soyuqda və ya duş əsnasında xüsusilə ağız ətrafı, barmaq ucların da göyərmə ola bilməkdədir. Ancaq göyərmə dil də, ağız mukozasında, davamlı olaraq baş verirsə və məşqlə artırsa ürək xəstəliyi baxamından əhəmiyyətli haldır.
3. Döyüntü:Yüksək döyüntü, ritm natamamlığı əlaməti ola biləcəyi kimi qansızlıq, tiroid hormon nizamsızlığı, ürək xəstəlikləri, infeksiya xəstəliklərində də görülməkdədir. Davamlı şəkil də şiddətli ürək döyüntüsü mütləq uşaq kardeyoloquna göstərilməlidir.
4. Ürək atışının həddindən artıq sürətli, həddindən artıq yavaş və ya qeyri-müntəzəm olması: Xüsusilə yuxuda ürəyin sürətli atması ürək xəstəliyi və ya ritm nizamsızlığını göstərir. Eyni zamanda yeni doğulmuş körpələr də dəqiqədə 80, digər yaş qruplarında isə dəqiqədə 60 altındakı ürək atışı, problemin olduğunu göstərir və bunun üçün həkimə müraciət olunması zəruridir.
5. Ürək üfürümü (murmurs) : Hər iki uşaqdan birin də ürək üfürümü probleminə rast gəlinir. Valideynlər bu səsi eşitməyə bilər. Bu səsəbdən də rutin yoxlanışlar zamanı ürək də əlavə səs eşidilərsə bu, kardeyoloq tərəfindən mütləq şəkildə bildirilməlidir.
6. Sinə ağrısı: Sinənin sol tərəfində ağrı - sıxışdırılma hissi qəlblə bağlı ciddi xəstəliklərə səbəb ola bilər. Ürək damarlarındakı iskemi, ürəyin ətrafında maye yığılması, qapaq problemləri sinə ağrısına səbəb ola biləcəyi kimi, qabırğalar, döş divarı ilə əlaqədar sadə xəstəliklər də eyni şikayətlənməyə yol aça bilməkdədir.
7. Düşməyən hərarət : Beş gündən çox davam edən və antibiotiklərə cavab verməyən hərarət, kawasaki xəstəliyi ilə bağlı olmaqdadır. Xəstəliyin diaqnozu çox əhəmiyyətlidir. Çünki ürəyi qidalandıran tac damarlara ziyan verərək , sağlamlığa əhəmiyyətli dərəcə də təsir göstərə bilər.
8. Böyümə inkişaf geriliyi, tez yorulma, həddindən artıq halsızlıq: Ürək çatışmazlığı olan uşaqlar digərlərinə nisbətən daha halsız olur və daha tez yorulurlar. Enerji ehtiyaclarını ürək qeyri-kafiliyi ilə mübarizə apararaq əldə etdikləri üçün çəki baxımından da daha arıq olurlar.
9. Oynaq ağrısı və şişkinliyi: Ürək qapaqlarını tutaraq, ziyan verən kəskin romatizmal hərarət ilk olaraq oynaq ağrısı və şişkinliyi ilə özünü göstərir. Ürək qapaqlarına, əzələnin, xarici pərdənin fəaliyyətinə təsir edən akut romatizmal hərarətin insan həyatına mənfi təsiri olduqca çoxdur.
10. Sinə qrafikasın görə ürəyin böyük olması, ürəyin və ana damarların formalaşmasın da və yerləşməsində ki anormallıqlar: Bu əlamətləri valideynlərin bilmələrinə imkan yoxdur. Ancaq uşaqların sağlamlıqları üçün həkim müayyinəsindən keçmək bir çox ürək xəstəliyinin hələ başlanğıc mərhələsində ortaya çıxmasına imkan verir.