Gündəm

45 yaşlı "Samuray" Gəncədə saxlanıldı

4 Aprel 2018 18:10

Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, "Samuray" ləqəbli, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan, 45 yaşlı Həmid Axundov saxlanılıb.

Prezident İlham Əliyev Könül Xasıyevaya fərdi təqaüd verib

4 Aprel 2018 18:05

Prezident İlham Əliyev Könül Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Ərdoğan: "Ölkələr terror təşkilatları arasında fərq qoymamalıdır"

4 Aprel 2018 18:00

Ölkələr terror təşkilatları arasında heç bir fərq qoymamalıdır. Bunu Ankarada Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Suriya sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada terrorçulardan azad edilən ərazilərdə infrastrukturu bərpa etməyə hazırdır.

Putin ABŞ-ı Suriyanı parçalamağa çalışmaqda ittiham etdi

4 Aprel 2018 17:54

"Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Bəziləri Suriyanı parçalamağa, Orta Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır".

Putin Ərdoğanın Suriya ilə bağlı yeni təklifini AÇIQLADI

4 Aprel 2018 17:53

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş sona çatıb.

Daşkəsənə güclü qar yağdı

4 Aprel 2018 17:51

Daşkəsənə gözlənilmədən güclü qar yağıb. Uzun müddətdir, mülayim hava şəraiti müşahidə olunan Daşkəsənə qəfildən qar düşüb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha yüksəklikdə yerləşən Əmirvar, Qabaqtəpə, Astav, Alaxançallı kimi dağ kəndlərində 7-8 santimetrə çatıb.

ATƏT baş katibi: "Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir"

4 Aprel 2018 17:50

"ATƏT-in Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir". Məlumata görə, bunu Rusiya paytaxtında VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Avropada təhlükəsizlik: əməkdaşlıq yoxsa konfrantasiya" adlı sessiyada çıxış edən ATƏT baş katibi Tomas Qreminger deyib.

ATƏT-in baş katibi: "Rusiyanın hərbi-siyasi məsələlərin həllində rolunu davam etdirməsini istəyirik"

4 Aprel 2018 17:49

"Rusiya avroatlantik regionda təhlükəsizliyin bərqərar olmasında əsas oyunçulardan biridir". Məlumata görə, bunu VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasındaATƏT baş katibi Tomas Qreminger bildirib.

Əfv Komissiyasının növbəti iclası keçirilib

4 Aprel 2018 17:47

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 500-ə yaxın müraciətə baxılıb.

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub

4 Aprel 2018 17:46

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Azərbaycan Fransaya nota verəcək

4 Aprel 2018 17:43

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik". Bu sözləri  açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı 57 mini ötüb

4 Aprel 2018 17:41

Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb.MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.

Ağstafada 25 mərmi tapılıb

4 Aprel 2018 17:39

Bu gün saat 13:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu Ceyrançöl qış otlaq sahəsinin 1-ci sovxoz adlanan ərazisində 25-30 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Duqin erməniləri sakitləşdirdi: Sizi satmarıq, qorxmayın!

4 Aprel 2018 17:18

Türkiyə-Rusiya-İran arasında strateji alyans son illər güclənib. Bunu “1in.am” saytına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. “Bu alyansın qarşısında çoxlu maneələr dayanır, amma o maneələri çətinliklə də olsa, aşmaq mümkün olur. Bu gün belə bir müttəfiqliyi ləğv edəcək heç bir güc yoxdur.