Gündəm
Türkiyə “Zeytun budağı”na görə təzminat ödəyəcək
Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatında iştirak edən hərbçilərinə təzminat ödəniləcək. Bu barədə Müdafiə Nazirliyinin qərarı artıq ordu komandanlığına təqdim olunub.
Messi futboldan gedir? - Özü AÇIQLADI
"Barselona" və Argentina milli komandasının təcrübəli futbolçusu Lionel Messi karyerasını sonlandırması ilə bağlı sualları cavablandırıb. Ulduz bu suala aydınlıq gətirməyin çətin olduğunu deyib: "Hələ nə qədər yaşıl meydanda olacağımı bilmirəm, amma ümid edirəm ki, çox qalacağam. Hər ötən gün mənim futbola dair arzularım və coşğunluğum böyüyür. Hələ yerinə yetirmək istədiyim hədəflərim var. Daha çox kubok, daha çox qol... İndi özümü çox yaxşı hiss edirəm və futboldan imtina etməyəcəyəm. Bu məsələ haqqında düşünməyin vaxtı bir gün gələcək. Ancaq hələ tezdir".
AFFA Coşqun Diniyev və Meza Kollinin cəzasını açıqladı
AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub: Topaz Premyer Liqasının 21-ci turunun "Qarabağ" - "Keşlə" matçının 60-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Coşqun Diniyev və "Keşlə"nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.
Premyer Liqa klubları futbol agentlərinə sərvət ödəyir
İngiltərə Premyer Liqası son illərdə transferlərə xərclənən pullara görə dünyada liderlik edir. Transfer əməliyyatlarından futbol agentlərinin də milyonlarla funt gəlir götürdüyü məlumdur. 01.02.2017 - 01.31.2018 periodunda yeni futbolçuların heyətə cəlb olunması üçün yüksək dəstə təmsilçiləri agentlərə ümumilikdə 211 milyon funt ödəyib. Bu, ötən ilki göstəricidən 37 milyon funt çoxdur. Siyahıda ilk yeri "Liverpul" tutur - 26.8 milyon funt. "Çelsi" 25.1 milyon funtla ikincidir. Ümumilikdə İngiltərənin 5 divizionunda çıxış edən klublar agentlərə 257 milyon funt ödəniş edib.
Məşhur futbolçu Ronaldunun qolu haqda: "Az adam buna qadirdir"
"Real"ın hücumçusu Kriştianu Ronaldo "Yuventus"la oyunda dubla imza atıb. Onun, xüsusən aşırma zərbə ilə qapıya göndərdiyi 2-ci qolu baxımlı alınıb. İngiltərə millisinin sabiq üzvü Piter Krauş sosial şəbəkədə bu qola münasibətini bildirib.
Ər-arvadın bir-birinin telefonuna baxması qadağan olundu
Şahzadə Məhəmməd ibn Salmanın vəliəhd elan edilməsindən bu yana Səudiyyə Ərəbistanında cəmiyyət həyatı ilə bağlı aparılan islahatlar davam etdirilir. Bu dəfə məişət həyatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. Dəyişikliyə əsasən, ər və arvadın icazə almadan bir-birlərinin mobil telefonuna baxmaları qadağan edilib.
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan prezidenti İordaniyanın dövlət nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad Əl Momanini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycanda “Məşğulluq haqqında” yeni qanun layihəsi hazırlanıb
“Məşğulluq haqqında” qanun layihəsi yenidən hazırlanıb. Məlumata görə, qanun layihəsində məşğulluqla bağlı bütün tələb və qaydalar yeni formada təsbit olunub. Qanun layihəsi aprelin 6-də Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Bakıda iki ərəb turistin ölümünə səbəb olan taksi sürücüsü 6 il azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Fəhmin Hümbətov çıxış edib. O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyərək, E. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Boşanmaq istəyən xanımını zəhərlədi
Türkiyədə qeyri-adi cinayət baş verib. Məlumata görə, Türkiyənin İstanbul şəhərində 39 yaşlı kişi ondan boşanmaq istəyən 32 yaşlı xanımını zəhərləyib. Belə ki, səhər yatağından qalxan qadına əri içinə zəhər qatılan qəhvə verib. Qəhvəni içən qadının vəziyyəti ağırlaşıb və əri tərəfindən xəstəxanaya yerləşdirilib.
YouTube-un baş qərargahına hücum edən qadın azərbaycanlı imiş
Hacıqabulda 10 kəndi birləşdirən 51.5 km-lik yol yenidən qurulur
Hacıqabul rayonunda Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.
"Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək
Aprelin 5-də “Sonuncu Dalan” kompyuter oyununun təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə nazir Azad Rəhimov, PA nümayəndələri, nazirlik rəsmiləri və Milli Məclisin nümayəndələri iştirak edəcəklər.
Nazim İbrahimov diaspor rəhbərinə “Tərəqqi” medalını təqdim edib
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə təltif olunan Ukraynanın Dnepropetrovsk vilayətindəki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyevə “Tərəqqi” medalı təqdim olunub.












.jpg)

