Hacıqabulda 10 kəndi birləşdirən 51.5 km-lik yol yenidən qurulur

Hacıqabul rayonunda Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.

Hacıqabul rayonunda Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu yenidən qurulur. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.

Əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq. Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.  Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.

Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşası yekunlaşmaq üzrədir. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31