Premyer Liqa klubları futbol agentlərinə sərvət ödəyir

İngiltərə Premyer Liqası son illərdə transferlərə xərclənən pullara görə dünyada liderlik edir. Transfer əməliyyatlarından futbol agentlərinin də milyonlarla funt gəlir götürdüyü məlumdur.  01.02.2017 - 01.31.2018 periodunda yeni futbolçuların heyətə cəlb olunması üçün yüksək dəstə təmsilçiləri agentlərə ümumilikdə 211 milyon funt ödəyib. Bu, ötən ilki göstəricidən 37 milyon funt çoxdur. Siyahıda ilk yeri "Liverpul" tutur - 26.8 milyon funt. "Çelsi" 25.1 milyon funtla ikincidir. Ümumilikdə İngiltərənin 5 divizionunda çıxış edən klublar agentlərə 257 milyon funt ödəniş edib.

Futbolçu transferində 3-cü şəxslərin iştirakı məsələsi FİFA-nın da nəzərdən keçirdiyi məsələlərdən biridir. Qurumun yaxın illərdə bu istiqamətdə bəzi tədbirlər görəcəyi qeyd olunur. Daha öncə "Napoli"nin prezidenti Aurelio De Laurentis agentləri "futbolun bədxassəli şişi" adlandırmışdı. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31