AFFA Coşqun Diniyev və Meza Kollinin cəzasını açıqladı
AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub: Topaz Premyer Liqasının 21-ci turunun "Qarabağ" - "Keşlə" matçının 60-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Coşqun Diniyev və "Keşlə"nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.
4 Aprel 2018 17:00 İdmanAFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub: Topaz Premyer Liqasının 21-ci turunun "Qarabağ" - "Keşlə" matçının 60-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Coşqun Diniyev və "Keşlə"nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.
Futbolçulara verilmiş 3 oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Milli.az