Putin Ərdoğanın Suriya ilə bağlı yeni təklifini AÇIQLADI
Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş sona çatıb.
4 Aprel 2018 17:53 DünyaBu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya böhranının tənzimlənməsinə həsr olunan görüş sona çatıb.
Zirvə görüşündən sonra Putin keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı yeni təklifini açıqlayıb: "Ərdoğan yeni bir təklif irəli sürdü. Suriyanın istənilən nöqtəsində ehtiyac duyan insanlara təcili tibbi yardımla bağlı nə edə biləcəyimizi ciddi şəkildə dəyərləndirəcəyik". Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31