Akkreditə olunmuş yerli müşahidəçilərin sayı 57 mini ötüb
Bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb.MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.
4 Aprel 2018 17:41 SiyasətBu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb.MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.
Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar ölkə üzrə müşahidə ilə bağlı MSK-ya sənədlərin təqdim edilməsi üçün ayrılan müddət aprelin 1-dək olan dövrü əhatə edib. Dairələr üzrə seçkilərin müşahidəsi ilə bağlı dairə seçki komissiyalarına sənədlərin təqdim edilməsi üçün ayrılan müddət isə aprelin 6-dək olan dövrü əhatə edir. Apa.az