Rumıniyada mikroavtobusun çaya düşməsi nəticəsində 9 nəfər ölüb

Rumıniyada mikroavtobus çaya düşüb, xeyli insan suda boğularaq ölüb.  Nyams bölgəsində mikroavtobus Bistritsa çayına düşüb.   Qəza zamanı nəqliyyat vasitəsində olan on nəfərdən yalnız bir sərnişin sudan çıxa bilib. 

Rumıniyada mikroavtobus çaya düşüb, xeyli insan suda boğularaq ölüb.  Nyams bölgəsində mikroavtobus Bistritsa çayına düşüb.   Qəza zamanı nəqliyyat vasitəsində olan on nəfərdən yalnız bir sərnişin sudan çıxa bilib. Suda boğulmuş doqquz nəfərin meyiti sudan çıxarılıb. Mikroavtobusun sərnişindaşıma üçün nəzərdə tutulmadığı  bildirilir. Qəzaya mikroavtobusun təkərinin partlaması və ya digər texniki nasazlığın səbəb olduğu ehtimal edilir. APA-nın "Medaifax" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31