Sabiq prezidentə 12 il həbs tələbi
Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula da Silva həbs edilə bilər. Ali Məhkəmə korrupsiyada adı hallanan Lulaya 12 il həbs tələb edib. Ölkənin ən reytinqli siyasətçisi olan Lula da Silva bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin aşkar favoritidir. Sol cinahın təmsilçisi olan siyasətçi hakimiyyəti dövründə həyata keçirdiyi islahatları və yoxsulluq səviyyəsini aşağı endirməklə tanınır. O, ittihamları rədd edərək ölkədəki oliqarxların hədəfi olduğunu bildirir və prezidentliyə namizədliyinə mane olmaq məqsədi daşıdığını iddia edir.
5 Aprel 2018 13:33 DünyaBraziliyanın sabiq prezidenti Luiz İnasio Lula da Silva həbs edilə bilər. Ali Məhkəmə korrupsiyada adı hallanan Lulaya 12 il həbs tələb edib. Ölkənin ən reytinqli siyasətçisi olan Lula da Silva bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin aşkar favoritidir. Sol cinahın təmsilçisi olan siyasətçi hakimiyyəti dövründə həyata keçirdiyi islahatları və yoxsulluq səviyyəsini aşağı endirməklə tanınır. O, ittihamları rədd edərək ölkədəki oliqarxların hədəfi olduğunu bildirir və prezidentliyə namizədliyinə mane olmaq məqsədi daşıdığını iddia edir.
Qeyd edək ki, Luiz İnasio Lula da Silvaya korrupsiya, rüşvətxorluq, çirkli pulların yuyulması ittihamları irəli sürülür. Qaynarinfo Guardian-a istinadən xəbər verir.