Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir
Rusiya-Türkiyə münasibətləri son bir neçə ildə gözlənilmədiyi qədər inkişaf edib. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, Moskva ilə Ankara arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması artıq bu iki dövləti strateji müttəfiqə çevirib. Xüsusilə Türkiyə ilə Rusiya arasındakı strateji müttəfiqlik Suriyada özünü daha çox büruzə verir. Və təbii ki, Ankara ilə Moskvanın bu cür yaxınlaşması Qərbin. Birləşmiş Ştatların narahatçılığını artırır.
5 Aprel 2018 13:47 SiyasətÜçlü əməkdaşlıq Qarabağ probleminin həllində də rol oynaya bilərmi?
Rusiya-Türkiyə münasibətləri son bir neçə ildə gözlənilmədiyi qədər inkişaf edib. İki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, Moskva ilə Ankara arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması artıq bu iki dövləti strateji müttəfiqə çevirib. Xüsusilə Türkiyə ilə Rusiya arasındakı strateji müttəfiqlik Suriyada özünü daha çox büruzə verir. Və təbii ki, Ankara ilə Moskvanın bu cür yaxınlaşması Qərbin. Birləşmiş Ştatların narahatçılığını artırır. Ancaq buna rəğmən hər iki ölkə başladığı yola davam deyərək münasibətləri daha da inkişaf etdirmək istiqamətində əsaslı addımlar atırlar. Elə bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ankara səfəri də məhz buna xidmət edirdi. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya prezidentinin Türkiyəyə səfərini şərh edərkən bildirib ki, Putinin Ankara səfəri əsasən iki məqsədə xidmət edirdi: "Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Ankarada səfərdə oldu. Səfərin iki məqsədi var idi. Birinci məqsəd Türkiyədə atom elektrik stansiyasının tikitisinə start vermək, ikinci məqsədi Rusiya-Türkiyə-İran formatında Suriyadakı vəziyyəti müzakirə etmək idi. Vladimir Putin 18 mart prezident seçkisindən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Bu Rusiya-Türkiyə münasibətlərinin son illər artan inkişafından xəbər verir. Digər tərəfdən Qərbin sərt sanksiyaları Putinə Qərb ölkələrinə səfər etməyə imkan vermir. Akkuyuda atom elektrik stansiyasının ilk reaktoru 2023-cü ildə işə düşəcək. Bu o deməkdir ki, ən azı 2023-cü ilə qədər Rusiya-Türkiyə münasibətlərində problem olmamalıdır. Geniş iqtisadi münasibətlər istər-istəməz siyasi risqləri də azaldır. Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın daha bir xahişini yerinə yetirdi: Rusiya Türkiyəyə satdığı S-400 raketlərini Türkiyəyə vaxtından əvvəl təhvil verəcək. Öz növbəsində Putin də Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq "türk axını" layihəsinin sürətlə icrasından məmun qaldı. Beləliklə, Moskva və Ankara Rusiya-Türkiyə münasibətləri tarixində indiki qədər bir-birinə bu qədər yaxın olmamışdılar. Moskva Vaşinqtondan fərqli olaraq Türkiyə ordusunun Suriyada hərbi əməliyyatına mane olmaq istəmir. Bu da Ankara üçün vacibdir. Vladimir Putin ortaq mətbuat konfransında PYD və YPG-ni terrorçu təşkilat adlandırmasa da, Türkiyə ordusunun bu iki terroprçu qruplaşmanı Suriya ərazisində neytrallaşdırmasına mane olmur". Elxan Şahinoğlu qey edib ki, Vladimir Putinin Ankaraya səfərinin ikinci günü onlara İran prezidenti Həsən Ruhani də qoşuldu: "Üçlü format ancaq Suriyanı müzakirə etdi. Rusiya-Türkiyə-İran formatı Suriyada real əməkdaşlıq edir, bir-birlərinə mane olmurlar. Hətta Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə və Həsən Ruhaniyə təklif etdi ki, Suriyada infrastruktur çalışmalarını da 3 ölkə birgə həyata keçirsin. Fikrimcə, Putin və Ruhani Ərdoğanın bu təklifinə dəstək versələr, 3 ölkə arasındakı yaxınlıq bir az daha artacaq". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə. Üçlü əməkdaşlıq region üçün də əhəmiyyətlidir: " Türkiyə-Rusiya-İran formatı gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilərmi? Rəcəb Təyyub Ərdoğan Vladimir Putinlə görüşdə belə bir fikir işlədib: "Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər. Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək". Yəni Ərdoğan istəyir ki, Türkiyə-Rusiya siyasi əməkdaşlığı yalnız Suriya ilə kifayətlənməsin, gələcəkdə başqa regional mövzular ətrafında da fikir mübadiləsi aparılsın. Türkiyə-Rusiya-İran formatı bölgədə real gücə çevrilir. Azərbaycanın bu 3 ölkənin hər biri ilə quru sərhəddi var. Bu baxımdan Azərbaycan mövcud üçlü formatın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynamasını arzulayır. Onsuz da ATƏT-in Minsk Qrupu münaqişəni həll etmək istəmir. Digər tərəfdən Türkiyə və İran danışıqlar prosesinin kənarda qalmasından narazıdırlar. Ona görə də Rusiya-Türkiyə-İran formatı gələcəkdə Cənubi Qafqazda da sabitləyici rol oynaya bilər. Ancaq bunun üçün iki şərt yerinə yetirilməlidir. Birinci şərt: Suriyada müharibə bitməli və davamlı sülh əldə olunmalıdır. Məhz bundan sonra Türkiyə-Rusiya-İran formatı Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərə bilər. İkinci şərt: Rusiya üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmasına razılıq verməlidir. Çünki, Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmasını istəmir. Rusiya Ermənistanı yola gətirməlidir".
Füzuli