İncəsənət məktəbinin şagirdləri təltif olundular
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb. Məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri "Fəxri fərman"larla təltif ediliblər.
5 Aprel 2018 14:13 MədəniyyətBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri ilə görüşüb.
Məktəbin kollektivini uğurlar münasibətilə təbrik edən V.Zeynalov onlara gələcək fəaliyyətlərində böyük nailliyyətlər arzu edib. Sonra Beynəlxalq Muğam Mərkəzində keçirilmiş bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı Vaqif Mustafazadəyə həsr olunmuş konsertdə uğurlu çıxışlarına görə məktəbin şagirdləri "Fəxri fərman"larla təltif ediliblər.
Qeyd edək ki, martın 15- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin adını daşıyan 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri onun əsərləri, müxtəlif caz kompozisiyaları ilə uğurla çıxış ediblər.