“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür"
“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Azərbaycan 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
5 Aprel 2018 14:32 Siyasət"Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Azərbaycan 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan nə Qərbin Rusiyaya, nə də Rusiyanın Qərbə qarşı planlarında yer almaq istəyir. Qoşulmama Hərəkatına üzvlüyü bir kəlmə ilə ifadə etmək olar: "Bizdən əl çəkin, biz neytralıq!".
Qoşulmama Hərəkatı Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu da rəsmi Bakı üçün vacibdir. Buna baxmayaraq, kiçik dövlət üçün balanslaşdırılmış xarici siyasət yürütmək çətindir. Çünki hər bir böyük dövlət onun yanında olmasını istəyir və böyük dövlətlərin fərqli maraqlarını uzlaşdırmaq çətindir. Məsələn, biz nə qədər də Rusiyaya desəkdə ki, biz Rusiya əleyhinə Qərbin heç bir layihəsində yer almırıq, Rusiya gəlib burnumuzun dibində hərbi dəniz donanmasını yerləşdirir və onun imkanlarını genişləndirir. Və ya Rusiya Ermənistana İsgəndər raketlərini verir ki, bu raketlər Azərbaycanla sərhəddə yerləşdirilsin. Halbuki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Yəni balanslaşdırılmış xarici siyasət də bizi mövcud təhlükələrdən sığortalamır". Sia.az