Gündəm
Zaur Kamalın azyaşlıya qarşı bu hərəkəti sərt tənqid olundu - VİDEO
Aparıcısı Zaur Kamalın öz verilişində azyaşlı uşaqla davranışı birmənalı qarşılanmayıb. O, Məhəmmədəli adlı uşaqla danışmaq istəsə də, azyaşlı reaksiya vermir.
Vengerin çətin sınağı - Çempionlar Liqasına düşməsə...
İngiltərənin “Arsenal” komandası mövsümün sonunda baş məşqçi Arsen Venger ilə yollarını ayırmaq niyyətindədir. “Arsenal” bu mövsüm avrokuboklara qatılma şansı əldə edə bilməsə, bir mövsümlük müqavilə müddəti qalan təcrübəli məşqçinin vəzifəsinə son verəcək.
Ölkəyə psixotrop maddələr gətirənlərə hökm oxundu
Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Azərbaycan xalqı inkişaf və tərəqqiyə səs verəcək
Müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması iki böyük dühanın, zəka sahibinin, xalqımızın hamisi və qarantı İlham Əliyev siyasətinin gücü və ali məqsədidir.
Azərbaycan dövlət siyasətində insan amilinə yüksək dəyər verilir
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasında həyata keçirilən hüquqi islahatlar əhəmiyyətli rol oynayıb. Sirr deyil ki, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü vətəndaşların fundamental hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Etiraf edilməlidir ki, Azərbaycanda bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və görülən işlər hazırda öz müsbət nəticəsini verməkdədir. Müsahibimiz vəkil Rövşən Qasımovdur.
Vaxtı keçmiş kreditlərin həcmi 1.7 milyard manata çatıb
Bu ilin martın 1-nə olan məlumatına görə, ölkə iqtisadiyyatına kredit qoyuşunun həcmi 11 milyard 561 milyon manat təşkil edib. “Olaylar” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisə kredit qoyuluşlarının həcmi 4,3 milyard manat və ya 27.1 faiz azalıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya bankları tərəfindən iqtisadiyyata yönələn vəsaitin həcmi 1.6 faiz azalıb.
Qatilin digər cinayət əməli aşkar edilib
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.
“Azərpoçt”a yeni baş direktor təyin edilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.“Olaylar” xəbər verir ki, Emin Əfəndiyev aprel ayından yeni vəzifəsinin icrasına başlayıb. O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib. E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer Kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.
XI-XII əsrə maddi-mədəniyyət nümunələri aşkarlandı – Azərbaycanda
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edilib.
Politoloq: “Seçkiqabağı təşviqat uğurla və tam aparıldı”
“Seçkiqabağı təşviqat demokratik qaydalara uyğun şəkildə keçdi”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Gənc cüdoçularımız İtaliyada 6 medal qazandı
İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa kuboku yarışı keçirilib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, beynəlxalq turnirdə cüdoçularımız 6 medal qazanıblar.
Deputat: "Antimilli ünsürlər Azərbaycan dünyanın diqqət mərkəzində olduğu vaxt ifrat dərəcədə fəallaşır, yalan və çirkab ifraz edirlər"
"Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar multikulturalizmin alternativi olan xarici islamofob, ksenofob siyasi dairələr və onların qulbeçələri olan antimilli ünsürlərdir".
İŞİD liderinin "sağ əli" öldürüldü
Nazirlik Qarabağ müharibəsi əlillərini yeni minik avtomobilləri ilə təmin etdi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 120 ədəd “Naz-Lifan” markalı minik avtomobili Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim olunub. Onlardan 117 ədədi Qarabağ müharibəsi, qalan 3 ədədi isə 20 Yanvar əlillərinin istifadəsinə verilib.














