Gündəm

Bakı sakinin 300 manat pulunu alan keçmiş məhkum saxlanıb

9 Aprel 2018 13:33

Xətai rayonu ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 8-də Gəncə prospektində “Opel” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Abbasovaya qarşı zor tətbiq edərək 300 manat pulunu və mobil telefonunu alması faktı ilə əlaqədar 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb.

Soyğunçular ələ keçiblər

9 Aprel 2018 13:32

DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub. DİN-dən “Olaylar”a bildirilib ki, məlumatla əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

“Yeni nəfəs- III” adlı qısametrajlı ssenari müsabiqəsi

9 Aprel 2018 13:30

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı “Yeni nəfəs- III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edib.

Azərbaycanda spirtli içkilərin satışına qadağa qoyula bilər- VİDEO

9 Aprel 2018 13:28

ARB TV-nin "Günə doğru" verilişində ölkədə spirtli içkilərin pərakəndə satışına məhdudiyyət qoyulması barədə maraqlı süjet yayımlanıb.

Prezident seçkilərini Dağıstandan müşahidə edəcək nümayəndə heyəti açıqlanıb

9 Aprel 2018 13:20

Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov Dağıstandan Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək nümayəndə heyətinin rəhbəri təyin olunub. Məlumata görə, Dağıstan nümayəndə heyəti 14 nəfərdən ibarətdir.

AVCİYA prezident seçkisi ilə bağlı seminarlara yekun vurdu

9 Aprel 2018 13:11

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar ölkə üzrə keçirdiyi seminarlara yekun vurub. 

Ariel Koen: "Tərəflər əvvəl-axır Qarabağ münaqişəsinin BMT TŞ qərarları əsasında həllinin vacibliyini anlayacaqlar"

9 Aprel 2018 13:08

"Rusiya istəsə, Dağlıq Qarabağmünaqişəsini sülh yolu ilə həll edə bilər". Bunu tanınmış amerikalı politoloq, ABŞ Atlantik Şurasının aparıcı eksperti Ariel Koen deyib.

Ermənistanın yeni prezidenti and içdi və işinə başladı

9 Aprel 2018 13:03

Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan parlamentin bugünkü xüsusi iclasında and içərək vəzifələrinin icrasına başlayıb.

SORĞU: Respondentlərin 83,5%-i prezident seçkilərində İlham Əliyevə səs verəcəklər

9 Aprel 2018 13:00

Seçicilərin böyük əksəriyyəti aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək. Məlumata görə, bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Bakıda aptekdə törədilmiş cinayət kameralara düşdü – VİDEO

9 Aprel 2018 12:58

İctimai nəqliyyatda, həmçinin insanlarının sıx olduğu obyektlərdə cibgirlik edərək edərək insanların pul və qiymətli əşyalarını ələ keçirən şəxsin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Bakıda dəhşətli hadisə - Hərəkətdə olan maşın belə yandı - VİDEO

9 Aprel 2018 12:56

Yasamal rayonunda hərəkətdə olan maşın yanıb. Hadisə şahidlərinin məlumata görə yanğın Yasamal rayonu ərazisində yerləşən Qələbə dairəsində baş verib. Hərəkətdə olan maşın anidən yanmağa başlayıb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.

Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi

9 Aprel 2018 12:54

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb. Məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb. F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: "Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

"Süpürgəçi qadının ölüm xəbəri doğru deyil"- Rəsmi açıqlama

9 Aprel 2018 12:53

Sumqayıt şəhərində süpürgəçi qadının maşınla vurularaq öldürülməsi haqqında xəbərlər yayılıb.  Baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi ilə əlaqə saxlayıb. Saytımıza bildirilib ki, süpürgəçi qadının ölüm xəbəri doğru deyil:“Bu xəbər doğru deyil, baş verən hadisədə xəsarət alan qadın yox, kişi olub.

"Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir"

9 Aprel 2018 12:51

"Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından nümunə olub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.