Soyğunçular ələ keçiblər
DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub. DİN-dən “Olaylar”a bildirilib ki, məlumatla əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
9 Aprel 2018 13:32 KriminalDİN-in "102 Zəng Mərkəzi Xidməti"nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, məlumatla əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobildən düşən 2 naməlum şəxsin qəsəbə sakini Zahid Nuriyevin 650 manat pulunu açıq talama yolu ilə alması müəyyən edilib.Təxirəsalınmaz tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə "isti izlər"lə saxlanılıblar. Onların Bakı şəhər sakinləri, "Mercedes" markalı avtomobilin sürücüsü Müşfiq Əliyev və sərnişini Yavər Zalov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.