Bakı sakinin 300 manat pulunu alan keçmiş məhkum saxlanıb
Xətai rayonu ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 8-də Gəncə prospektində “Opel” markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Abbasovaya qarşı zor tətbiq edərək 300 manat pulunu və mobil telefonunu alması faktı ilə əlaqədar 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb.
9 Aprel 2018 13:33 KriminalXətai rayonu ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 8-də Gəncə prospektində "Opel" markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Abbasovaya qarşı zor tətbiq edərək 300 manat pulunu və mobil telefonunu alması faktı ilə əlaqədar 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramiz Əhmədov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.