Gündəm

QHT rəsmisi: “Anti-millilik uzunmüddətli ola bilməz"

9 Aprel 2018 12:49

“Xalqın, dövlətin taleyüklü, önəmli proseslə məşğul olduğu vaxtda, pasportunda azərbaycanlı yazılan bir qrup şəxsin xalqın enerjisini yanlış istiqamətə yönləndirməyə çalışması, anti-milli mövqe tutması, əlbəttə, sağlam yanaşma deyil”. Bunu  Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər

9 Aprel 2018 12:47

Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıla Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azəbaycanlıların həmrəylik aksiyası keçirilib.

Ermənilər 92 dəfə atəşkəsi pozub

9 Aprel 2018 12:46

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İntellektual yarışmanın növbəti qalibi məlum olub

9 Aprel 2018 12:45

Məktəblilərdən ibarət komandalar arasında növbəti  intellektual teleoyunun nəticələri bəlli olub. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 117, 207, 211 nömrəli tam orta məktəblərin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdlərindən ibarət komandalar “Hazırcavablar” intellektual teleoyununda iştirak edib. Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və digər bölmələr üzrə sualları cavablandırıblar. 

CAR-la əməkdaşlıq məsələləri müzakirə edilib

9 Aprel 2018 12:44

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni ilə görüşüb.

"Qoşulmama Hərəkatının Bakı konfransı Azərbaycanın beynəlxalq siyasətdə əhəmiyyətini göstərdi"

9 Aprel 2018 12:40

Qoşulmama Hərəkatının 18-ci nazirlər konfransının Azərbaycanın sədrliyi ilə Bakıda keçirilməsi və xüsusən də Azərbaycanın dünyada qarışıq bir dövrdə bu tədbirə ev sahibliyi etməsi onu göstərir ki, Azərbaycan stabil olaraq inkişaf edir, beynəlxalq siyasətdə çox önəmli əhəmiyyətə malikdir və ciddi bir siyasi aktordur.

İlk üç ayda həbs olunan miqrantların Sayı Açıqlandı

9 Aprel 2018 12:41

Türkiyə Sahil Mühafizə idarəsi bu ilin ilk üç ayında Ege dənizi vaistəsilə qanunsuz yolla Yunanıstana keçmək istəyən miqrantların sayını açıqlayıb. Olaylar.az bildirir ki, açıqlamada qeyd olunur yanvar ayında 634 min, fevral ayında 46 min, mart ayında isə 534 min insanın qanunusuz yolla Yunanıstana keçmək istəyinin qarşısı alınıb. Miqrantlardan 232 nəfərin Əfqanıstan vətəndaşı olduğu qeyd olunur.

Səhiyyə nazirinin müavini vəfat edib

9 Aprel 2018 12:38

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov vəfat edib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, A. Vəlibəyov aprelin 8-də 71 yaşında dünyasını dəyişib.

Sabah Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır

9 Aprel 2018 12:37

Sabah aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başa çatır. Məlumata görə, Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar,siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Banqladeşdə tələbə tətili - 80 yaralı

9 Aprel 2018 12:25

Banqladeşdə tələbələrin tətili baş verib. Məlumata görə, tətil zamanı polislə toqquşmalarda 80 nəfər xəsarət alıb. Tətilə səbəb isə tələbələrin işəgötürənlərə qoyulmuş hazırkı kvota sisteminin dəyişdirilməsini tələb edirlər.

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

9 Aprel 2018 12:23

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu istiqamətdə aprelin 7-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan-BP əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

9 Aprel 2018 12:22

İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb.

Bakıda cibgir saxlanıb

9 Aprel 2018 12:20

İctimai nəqliyyatda, həmçinin insanlarının sıx olduğu obyektlərdə cibgirlik edərək edərək insanların pul və qiymətli əşyalarını ələ keçirən şəxsin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

DTX və DİN-nin birgə əməliyyatı

9 Aprel 2018 12:19

Hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub.