Gündəm
Azərbaycanda milli valyutada əmanətlərin həcmi 2 dəfə artıb
2018-ci ilin fevral ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 935,2 mln. manatı (37,87%) milli valyuta, 4 mlrd. 815,1 mln. manatı (62,13%) isə xarici valyuta ilə yerləşdirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
“2018 Formula-1” ərəfəsində avtobusların hərəkət istiqaməti açıqlanıb
Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, 28 May və İçərişəhər metrostansiyaları isə saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək.
Dənizkənarı Milli Parka giriş aprelin 25-dən mayın 1-dək bağlı olacaq
Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Füze saldırısı dünyayı sarstı! ABD reddetti, Rusya 'İsrail' dedi
Suriye'nin orta kesimindeki bir askeri havaalanını vuran füzelerin en az 14 kişinin ölümüne yol açtığı bildiriliyor. Şam rejimi ABD'yi suçlarken, Rusya saldırıyı İsrail'in düzenlediğini duyurdu. Dakikalar içinde açıklama yapan Pentagon ise, füzelerin Amerikan ordusu tarafından ateşlenmediğini belirtti. ABD'den sonra açıklama yapan Fransa da saldırıdan sorumlu olmadığını ilan etti. Suriye'nin başkenti Şam yakınlarındaki Doğu Guta'da gerçekleşen kimyasal saldırı, dünya gündemini alt üst etti. 80 kişinin öldüğü saldırıyı Şam rejiminin müttefiki Rusya düzmece olarak niteledi, ABD Başkanı Donald Trump tarihi bir çıkış yaparak Beşar Esad için 'hayvan' dedi. Suriye'deki bir askeri havaalanına bu gece yarısı düzenlenen füze saldırısı ise, gerilimi doruk noktasına ulaştırdı.
“2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər açıqlanıb
“2018 Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılacaq. Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
AAK prezidenti: “Söyüşcül qrupların fəaliyyəti hətta Avropadakı müxalif baxışlı insanlar tərəfindən qəbul olunmur”
Əvvəlcə onu deyim ki, Azərbaycanda son dövrlər baş verən pozitiv dəyişikliklər, dövlətin xarici siyasəti, xüsusilə Dağlıq Qarabağməsələsi ilə bağlı ötən ilin noyabr ayında Avropa İttifaqı ilə əməkdaşlıqda qazandığı nailiyyətlər biz qitə azərbaycanlılarının tarixi vətənimizə qarşı rəğbətini daha da artırır. Buna son dövrdə Azərbaycan və Avropa İttifaqının daha da yaxınlaşması da təsir edir. Təbii ki, bunun fonunda aprelin 11-də Azərbaycanda baş tutacaq prezident seçkiləri kimi həlledici siyasi prosesə azərbaycanlıların münasibəti proqressivdir.
6 polis şəhid oldu
Taliban rejimi Əfqanıstanın şimal bölgəsində Sari –Pul vilayətində yerləşən polis bölməsinə silahlı hücum edib. Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 3 polis ağır yaralanıb, 6 polis şəhid olub.
ETSN Şamaxıda sürüşmə sahələrində vəziyyəti açıqlayıb
“Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, 48-A məhəlləsi sürüşmə sahəsi üzərində mövcud çatların parametrlərində artım qeydə alınıb. Ekspedisiya rəisi qeyd edib ki, rayonun Muğanlı sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsində mövcud çatların ölçüləri genişlənib.
Şimali Koreyanın XİN rəhbəri indi də Moskvada
Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Xo Moskvaya səfərə gəlib. Məlumata görə, koreyalı nazir bura Aşqabaddan gəlib.
Rusiya Ermənistandan gətirilən pomidorları yoxlayacaq
Rusiya aprelin 11-dən başlayaraq Ermənistandan ölkəyə gətirilən pomidorları yoxlamağa başlayacaq. Məlumata görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarəsi Ermənistandan gətirilən pomidorların mənşəyi ilə bağlı yoxlama aparacaq. Belə ki, Rusiya tərəfi Ermənistanın reeksportla məşğul olmasından şübhələnib.
Nazirlik: "Bu ilin ilk rübündə 43,7 mindən çox müraciət cavablandırılıb"
Cari ilin mart ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 12 081 müraciət daxil olub.
"Kimyəvi silahın istifadəsinə dair hər hansı iz yoxdur"
Amerika və Türkiyə də daxil olmaqla NATO ölkələri Suriya hökümətini mülki vətəndaşlara qarşı kimyəvi silah istifadə etməkdə və Rusiya ilə İranın hücuma dəstək olmaqda günahlandırır.
31 min nəfər ərizəsini təsdiqləyib
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu davam edir. Aprelin 9-u saat 10.30-a olan məlumata əsasən, ilk qəbul imtahanında iştirak üçün 31 349 abituriyent (26 789 nəfər Azərbaycan bölməsi, 4560 nəfər rus bölməsi), ikinci qəbul imtahanında iştirak üçün isə 376 abituriyent (320 nəfər Azərbaycan bölməsi, 56 nəfər rus bölməsi) qeydiyyatdan keçib.
Rusiya Suriya aviabazasına hücum edən ölkəni açıqladı
Suriyanın Tifor aerodromuna aviazərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib. Bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Seren Serengil növbəti dəfə HƏBS OLUNA BİLƏR- 6 AY
Türkiyəli müğənni Seren Serengil növbəti dəfə həbs oluna bilər. Olaylar.az bildirir ki, həmkarı Işın Karaca verilişində onu və keçmuş həyat yoldaşı haqqında xəbər hazırlayan Serene bununla bağlı etirazını etmiş və hətta məhkəmədən olan xəbərdarlığı da təqdim etmişdi. Lakin, Seren verilişdə tərəfmüqabili Cengiz Semercioğlu ilə birgə aparıcısı olduğu “Duymayan kalmasın” verilişində qadağaya əməlk etməyib.














