Rusiya Suriya aviabazasına hücum edən ölkəni açıqladı

Suriyanın Tifor aerodromuna aviazərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib. Bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Suriyanın Tifor aerodromuna aviazərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib. Bu haqda Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki, hücum bazar ertəsi gecə 03:25-lə 03:53 arasında həyata keçirilib. "İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbəni endirib", - idarədən bildiriblər. Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib. Hücum vaxtı Rusiya məsləhətçilərinin zərər çəkmədiyi bildirilir.

Hərbi baza vuruldu - Söz verilən MÜHARİBƏ BAŞLADI?

Qeyd edək ki, Xüms şəhərində hökumət güclərinə aid hava bazası raket hücumuna məruz qalıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31