Gündəm

Lotu Qulinin tərəfdaşı olan qanuni oğru Türkiyədə öldürüldü - TƏFƏRRÜAT

9 Aprel 2018 11:38

Dünən gecə saatlarında Türkiyədə 60 yaşlı qanuni oğru, kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb, yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb. Hadisə Antalyanın Kəmər rayonunda kriminal avtoritetin evinə bir neçə metr məsafədə baş verib. Belə ki, maskalı 2 killer kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadzeyə və oğluna tapança ilə 6 dəfə atəş açaraq hadisə yerindən qaça biliblər. Atəş nəticəsində Giya Kutaiski başından vurulduğu üçün yerindəcə keçinib, oğluna isə ayağından atəş açılıb və o, sağ qalıb.

Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

9 Aprel 2018 11:37

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin müdiri, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Fulbrayt Fondunun qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətdə olub.

“Çukur” – un Yamacı nişanlanır

9 Aprel 2018 11:36

Son zamanların sevilən aktyoru Aras Bulut İynemli Bilge Önal ilə nişanlanır. “Təqvim” – in xəbərinə görə 3 ay əvvəl ayrıldıqları iddia edilən məşhur cütlük, evlilik yolunda ilk addımı atmağı planlaşdırır. Aras Bulut İynemlinin rol aldığı “Çukur” serialı, sezon finalına çıxacağı zaman cütlüyün nişanlanacağı bildirilir. 

Madrid derbisində Atletiko tarix yazdı

9 Aprel 2018 11:33

Bu mövsüm La Liqada istənilən nəticəni göstərə bilməyən Real Madrid, həm lider Barselona həm də ikinci yerdəki Atletiko Madridlə olan xal fərqini azaltmaq üçün çıxdığı oyunda qələbə qazana bilmədi.

"ATV xəbər" ailəsində xoş gün

9 Aprel 2018 11:30

ATV xəbər ailəsində xoş gün olub. Belə ki, ATV xəbər ailəsinin üzvü, uzun müddətdir xəbərlər departamentində redaktor vəzifəsində çalışan Aygün Nurəddinova ailə həyatı qurub. Toy mərasiminin aparıcılığını Sənan Şəfizadə edib.

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

9 Aprel 2018 11:30

Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb. Məlumata görə, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb. Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.

Dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

9 Aprel 2018 11:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanı şərti hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

9 Aprel 2018 11:26

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Məlumata görə, dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Kosmosda UNO gördüklərini deyən NASA kosmonavtları yalan detektorundan keçirildi

9 Aprel 2018 11:24

NASA-nın Aya səyahət edən ilk “Apollo 11”, “Apollo 14”, “Apollo 15” ve “Gemini 5” kosmonavtları yalan detektorundan keçirilib. Buna səbəb kosmonavtların Aya səyahətləri əsnasında UNO (uçan naməlum obyekt) gördüklərini etiraf etmələri olub. Yalan detektorundan keçirilən kosmonavtlar arasında Buzz Aldrin, Ol Vorden, Qordon Koper və Edqar Mişelin səsləri olub.

MSK: "60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub"

9 Aprel 2018 11:23

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

Məşhur alimdən növbəti VACİB AÇIQLAMA: “Qoyun və keçi pendiri yeyən insanlar...”

9 Aprel 2018 11:22

Daxili xəstəliklər üzrə mütəxəssis, kardioloq və məşhur professor Canan Karatayın sözlərinə görə, təzyiqi yüksəldən duz yox, şəkərdir. Professor iştirak etdiyi seminarda dəniz duzunun faydalarından danışıb. “Həqiqi tibbin 10 şifrəsi” adlı kitabın müəllifi bildirib ki, dəniz duzu sağlamlıq mənbəyidir: “Əsrlərdən bəri istifadə edilən dəniz duzu faydalıdır, süfrə duzu isə təhlükəlidir”.

Süd məhsullarının düzgün emal edilməməsinin fəsadları

9 Aprel 2018 11:20

Bu gün dünyada süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən yoğurt, qatıq, pendir, qaymaq və s. kimi məhsullar istehsal edilir. Hələ 4000 il bundan əvvəl süd və süd məhsulları qədim insanlar tərəfindən istehlak olunub.

İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcək

9 Aprel 2018 11:17

Nyu-York şəhər şurası iş saatlarından kənarda işçilərə zəng edən rəhbərlərin cərimələnməsi barədə qanun layihəsini nəzərdən keçirir. Məlumata görə, qanun layihəsinə əsasən, iş vaxtından sonra işçiyə zəng etməyə çalışan müdir 250 dollar məbləğində cərimələnə bilər.

Bu dəfə heyvanlar təxliyə edildi - Kiyev zooparkında yanğın

9 Aprel 2018 11:15

Kiyev zooparkında yanğın baş verib. Məlumata görə, yanğının 60 kv.m sahəni əhatə etdiyi bildirilir. Yanğın başlayan kimi heyvanlar və zooparkda olan şəxslər təxliyə edilib.

Hərbi baza vuruldu - Söz verilən MÜHARİBƏ BAŞLADI?

9 Aprel 2018 11:12

Suriyanın Xüms şəhərində hökumət güclərinə aid T-4 hərbi hava bazası raket hücumuna məruz qalıb. Bu haqda Suriyanın dövlət agentliyi olan SANA məlumat yayıb. "T-4 təyyarə bazasına bir neçə raketlə hücüm edilib. Bunun ABŞ-ın təcavüzü olduğu istisna edilmir", - agentlik xəbər verib.